Suriyadan şok bəyanat: “ABŞ hərbi əməliyyata başlasa, Türkiyəni vuracağıq”
Tarix: 04.09.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


ABŞ Senatının Xarici əlaqələr komitəsi Suriyada hərbi əməliyyatın müddətini 1 ay artırmaq imkanı ilə 60 günlə məhdudlaşdırılmağı təklif edir.
Bu barədə məlumatı “Politico” qəzeti dərc edib. Həmçinin, senatorların təklif etdiyi qətnamə layihəsində yerüstü əməliyyatların aparılmasına qadağa qoyulub. Senatda keçirilən dinləmələr zamanı ABŞ-ın dövlət katibi Con Kerri deyib ki, Suriyada kimyəvi silahın istifadəsinə cavab tədbirlərinin zəruriliyi ilə bağlı ABŞ-ın mövqeyini 40-dan çox ölkə dəstəkləyir. Onun sözlərinə görə, burada söhbət birgə addımlarda iştirakın müxtəlif variantlarından gedir: “Burada bir sıra məqsədlər üçün yalnız ABŞ-ın malik olduğu imkanlar gərəkdir”. ABŞ-ın müdafiə naziri Çak Heygel isə qeyd edib ki, bölgədə cəmlənmiş ABŞ ordusunun birləşmələri Suriya rejiminə qarşı əməliyyat keçirməyə hazırdır: “Biz qüvvələrimizi bölgədə ona görə cəmləmişik ki, bu cür əməliyyatı həyata keçirmək üçün imkanımız olsun. Biz general Dempsi ilə (ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Martin Dempsi) prezidentə onun əmrini icra etməyə hazır olduğumuz barədə raport vermişik”. Bu arada konfransda BMT-nin baş katibi Pan Qi Mun bəyan edib ki, Suriyada hərbi əməliyyat yalnız BMT Təhlükəsizlik Şurası sanksiya verdikdən sonra həyata keçirilə bilər: “Suriyada güc tətbiq edilməsi yalnız özünümüdafiə halı olduqda ya da BMT Təhlükəsizlik Şurasının sanksiyasından sonra mümkündür”. O əlavə edib ki, əgər Suriyada kimyəvi silah həqiqətən tətbiq edilibsə, onda BMT Təhlükəsizlik Şurası birləşərək adekvat tədbirlər görməlidir. Bu arada Suriya xarici işlər nazirinin köməkçisi Faysal əl Mikdat şok bəyanatla çıxış edib. O, bildirib ki, ABŞ Suriyaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Dəməşq təkcə İsrail və İordaniyanı deyil, Türkiyəni də vuracaq. Mikdat Suriyaya yönələn hər hansı bir hücumun bölgədə xaosa səbəb olacağını açıqlayıb: “ABŞ-ın bölgədəki ən önəmli müttəfiqi olan İordaniya və Türkiyə əməliyyatlarda iştiraka qərar verərkən iki dəfə düşünməlidirlər”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info