Görkəmli bəstəkar Tofiq Bakıxanov Naxçıvan Dövlət Universitetində olub
Tarix: 24.10.2019 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkarTofiq Bakıxanovla görüş keçirilib.İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova qonağı salamlayaraq qeyd edib ki, Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısı olan 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib, bir sözlə, musiqinin bütün janrlarında yazıb-yaradıb.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlıq təşkilatının sədri, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, Yaşar Xəlilov vurğulayıb ki, Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkarın əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olan Tofiq Bakıxanov musiqi sahəsindəki əməyinə görə yüksək mükafatlara layiq görülüb.
Tofiq Bakıxanov yaradıcılığında Naxçıvan mövzusunun olmasının əsas səbəbi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bəstəkarın yaradıcılığına verdiyi dəyərlə bağlı olduğunu diqqətə çatdırıb. Bəstəkar tələbələrin suallarını cavablandırıb. Azərbaycanın musiqi tarixində özünəməxsusu yer tutan görkəmli bəstəkarlala bağlı xatirələrini bölüşüb.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info