Putin: “Kimyəvi silahdan istifadə sübut olunsa, hərbi müdaxiləyə etiraz etməyəcəyik”
Tarix: 04.09.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


“Kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən tətbiq olunması sübuta yetirilərsə, hərbi müdaxiləyə etiraz etməyəcəyik”.
Bunu Rusiyanın “Birinci kanal”ı və ABŞ-ın “Assosicated Press” agentliyinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Suriyada hərbi əməliyyatların başlanmasına BMT qərar verməlidir: “Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğu sübuta yetirilməlidir. Yalnız bundan sonra Moskva qərarlı bir şəkildə hərəkət edə bilər. Beynəlxalq hüquqa əsasən hər hansı ölkəyə qarşı silahlı gücdən istifadəyə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilə bilər. Əks halda, bunu ancaq hücum kimi xarakterizə etmək olar”. Rusiya prezidenti Suriyada kimyəvi silahın tətbiq edilməsi ilə bağlı yayılan görüntüləri dəyərləndirib: “Uşaqların kimyəvi silah tətbiqi nəticəsində öldürüldükləri iddia edilən görüntülər çox qorxuncdur. Ancaq görüntülər silahın kim tərəfindən tətbiq edildiyinin cavabını vermir. Bu görüntünün “Əl-Qaidə” terror təşkilatının montajı olduğu ilə bağlı fikirlər səslənir. ABŞ hökumətinin də yaxından tanıdığı bu terrorçular olduqca mərhəmətsizdirlər. Biz görüntülərə çox diqqətlə baxdıq. Orada valideyn, ailə və həkimlərin olmaması şübhəlidir. Biz Suriyada hər hansı bir münaqişənin tərəfi olmadıq, bundan sonra da olmayacağıq”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info