“Paşinyan dövlət pulları ilə ailə büdcəsini qarışdırmağa başlayıb”
Tarix: 24.10.2019 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Artıq Ermənistanda şübhələnməyə başlayıblar: bu şəxsə dövlət xəzinəsini etibar etmək olarmı?”


Sentyabrın 30-da Ermənistan parlamentinin gələn il üçün qəbul etdiyi büdcə layihəsinin bəzi bəndləri hələ də müzakirə mövzusudur. Erməniləri ən çox qane etməyən hərbi büdcə ilə bağlı bənddir. Xatırladaq ki, gələn il üçün Ermənistanın hərbi büdcəsinin 0,8 faiz artırılması nəzərdə tutulub.
Özlərindən xoflu erməniləri bu, elə də təmin etməsə də, büdcə kasadlığı və xaricdən göndərilən ianələrə qoyulan məhdudiyyətlər onları bununla razılaşmağa vadar edir. Müdafiə xərcləri ilə bağlı narazılıq fonunda baş nazir Nikol Paşinyanın gizli olaraq 3 nazirin məvacibini iki dəfə artırması barədə yayılan xəbərlər Ermənistanda ciddi qıcıqla qarşılanıb. “Qolos Armenii” yazır: “Məlumdur ki, ölkəmizdə yüksək vəzifəli şəxslərin maaşları qanunla tənzimlənir, lakin son bir il yarım ərzində qanun bir şəxsin iradəsi ilə əvəz edilib”. Təbii ki, erməni saytı “bir şəxs” deyəndə Paşinyanı nəzərdə tuturlar. Paşinyanın ətrafı tərəfindən gizlədilən məvacib artımı təkcə 3 nazirə deyil, həm də onun müavinlərinə də şamil edilib.
Ermənistanda Paşinyan nazirlərinə aid edilən məvacib artımına diqqət çəkən “Qolos Armenii” saytı daha sonra yazır: “Əgər, bu gün Paşinyan nazirlərin məvacibinin ikiqat artırılmasını zəruri hesab edirsə, onda bunu niyə gizli şəkildə edir? Yəqin ki, sirrin üstünün açılmasından ehtiyatlanır. Bununla bağlı jurnalistlər tərəfindən nazirlərə göndərilən sorğular hələ də cavabsız qalmaqdadır. Jurnalistlərlə ünsiyyət qurmayan nazirlər, sadəcə olaraq, şərh verməkdən imtina edirlər.

Şahnazaryan: “Yaxın zamanlarda erməni oliqarxlar sırasında Nikol və onun həyat yoldaşının olacağına o qədər də təəccüb etməyəcəm”


Əslində, onlar məvaciblərinin artırılması ilə bağlı heç bir açıqlama verməsələr də, cəmiyyətin bundan məlumatlı olduğunu unudurlar. Politoloq Qrant Melik-Şahnazaryan hökumətin gizli məvacib artımı ilə bağlı danısarkən maliyyə sahəsində mövcud olan digər sirlərdən də şübhələndiyini etiraf edib. O, Nikolun artıq dövlət pullarını ailə büdcəsi ilə qarışdırdığını istisna etmir”. Şahnazaryan məlumatlı şəxslərin proqnozlarına istinad edərək yaxın zamanlarda erməni oliqarxlar sırasında Nikol və onun həyat yoldaşının olacağına o qədər də təəccüb etməyəcəm: “Paşinyan Aleksandr Sarkisyan və digər erməni varlı şəxslərindən əldə edilən 30 milyon dollardan artıq vəsaitin harada gizlədildiyi barədə ona ünvanlanan sualları hələ də cavabsız saxlayır. Bu məsələ ilə bağlı cavabdan qaçan Nikol ətrafına bu vəsaitin silah almağa xərcləndiyi barədə məlumat yaymağı tapşırıb”. Sayt yazır ki, Paşinyan baş nazirliyinin 100 gününə həsr olunmuş mitinqdə çıxış edərkən, bundan sonra hökumətin bütün qərarlarının xalqla razılaşdırılacağını vəd etmişdi: “Amma bu gün biz bunun həqiqətdən uzaq olduğunu görməkdəyik. Bu gün işsizlikdən, yoxsulluqdan pulsuzluqdan əziyyət çəkən kasıb ermənilər baş nazirdən hökumət üzvlərinin maaşlarının ikiqat artırmasınımı tələb etmişdi? Təbii ki, yox! Ona görə də Paşinyanın bu vədini də onun vaxtilə xalqa verdiyi digər yalan vədlərindən biri kimi qəbul etmək lazımdır. Artıq Ermənistanda şübhələnməyə başlayıblar: bu şəxsə dövlət xəzinəsini etibar etmək olarmı?”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info