“Ali təhsillilər də Mərkəzimizə müraciət edərək peşə oyrənirlər”
Tarix: 24.10.2019 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərov: “İxtisaslı kadra ehtiyac var. Artıq müəssisələrə əsas işi bilən kadr lazımdır, diplom yox”

Ölkədə insan kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi milli təhsil sistemi qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla, bütün seqmentlər üzrə ixtisaslı kadrlar hazırlanmasında, məşğulluğun təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Son illər ölkədə məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də peşə təhsilinin inkişafıdır. Bu sahədə əsas amillərdən biri də peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Hazırda ölkədə bir sıra peşə məktəbləri fəaliyyət göstərir. Müsahibimiz Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərovdur:
- Bu gün peşə təhsilinə baxdıqda inkişaf tempi çox sürətlə gedir və son 1-2 ilin içərisində bunun hansı sahələrdə olduğu aydın görünür. Məsələn, tələbəni heç bir kursa getmədən Almaniya şirkəti işə götürür, mən onların nümayəndələri ilə görüşmüşəm və bir sıra protokollar imzalamışıq. Bu ildən bizə “Anbarlaşma üzrə loqistika” qrupu verilib və Ticarət Palatasının 7 şirkəti həmin ixtisasa qəbul olunan 20 nəfəri istəyir. Onlar üçün həmin ixtisasla bağlı dərslər və müəllimlərə təlimlərin keçirilməsini, eləcə də ekskursiya təşkil edirlər. Artıq həmin tələbələrin siyahısı hazırdır və bu proses onların işlə təmin olunmasında mühüm rol oynayır. Ümumiyyətlə, bu çox gözəl və yeni ixtisasdır. Ölkədə dövlət tərəfindən də bu ixtisasın əhəmiyyəti vurğulanır. İndi keyfiyyət ilidir və bu sahənin önəmi də artır. Palatadan da bildiriblər ki, nə kömək lazım olsa edəcəyik, çünki bizə kadr lazımdır. Hazırda 20 nəfər tələbə lazımdırsa, gələn il bu rəqəm daha da artacaq. Biz aviasiyada uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik hazırlayırıq. İndi bağlanan müqaviləyə əsasən, bizim bəzi avadanlıqlar yox idi, gətirmişik, eləcə də onlar tələbələrlə ayrıca məşğul olurlar. Bizim artıq 40-50 nəfər orada təcrübə keçəcək və onlar bizə ən güclü ixtisaslara müəllim verirlər ki, dərs keçsin, sonra tələbələriniz təcrübə keçsin, işə götürsünlər. Ona görə biz daha da həvəslənirik.

- Bir sıra xarici ölkələrdə əsasən universitet diplomuna deyil, peşə ixtisaslı kadrlara daha çox üstünlük verilir. Bu istiqamətdə bizdə də dəyişiklik müşahidə olunurmu?
- Təəssüf ki, bizdə hələ də əvvəlki düşüncə ilə ali məktəb diplomu ardınca qaçırlar. Bizim Mərkəzə bu il Məşğulluq İdarəsindən 420 nəfər müdavim göndərilib. Ayrı-ayrı ixtisaslar üzrə artıq müqavilə bağlamışıq. Məşğulluq İdarəsi minimum əməkhaqqını verir, onların 30 faizi ali təhsillidir. Məsələn, Avtomobil təmiri üzrə çilingər ixtisasına müraciət edən tələbə var ki, halbuki ADİU-nu bitirib. İş üçün Məşğulluq İdarəsinə müraciət edib, bildiriblər ki, 3 ay oxuyacaqsan, sertifikat alacaqsan və sonunda da işlə təmin olunursan. Onlar da gəlib bizim Mərkəzdə oxuyacaq. Bakıdakı 11 mərkəzə bu qədər sayda müdavim verilib. Onların bir çoxu ali, texnikum təhsillidir. Demək, peşə təhsili nə qədər inkişaf edib.

- Bu o demək deyilmi ki, ixtisaslı kadra ehtiyac yaranıb?

- Bəli, ixtisaslı kadra ehtiyac var. Artıq düşünürlər ki, buna əsas iş lazımdı, diplom deyil. Sovet dövründə deyirdilər diplomu var, məcburən işə qoyun, amma indi özəl müəssisədir, deyir mənə 1-2 iqtisadçı lazımdır. İndi aviasiya sahəsində oxuyanların xarici ölkələrlə əlaqələri çox olur. Onlar öz işçiləri ilə bağlı xahiş edirlər ki, diplomu olmadığına görə, işdən ayırmadan sizdə oxusunlar. Beləliklə, həm bizim məktəbdə nəzəri fənləri oxuyurlar, həm orada çalışırlar. Mən bir neçə il öncə Türkiyədə “Hyunday” avtomobilləri zavodunda oldum və peşə təhsili liseyinin rəhbərliyi ilə birlikdə idik. O bildirdi ki, bu zavoda kadrları biz hazırlayırıq, hətta dövlətin qanuni ilə öz qohumlarını işə götürə bilmirlər. Rəhbərlik hər cür köməklik göstərir ki, onlara yaxşı kadr verək. Biz indi həmin dövrə gəlmişik. İndi Zabrat Hava Limanının rəhbərliyindən bu cür dəstəyi görürük. Tələbələrə deyirəm ki, sənə dövlət təqaüd verir, müəllimin, direktorun maaşı artırılıb, eləcə də təhsil verir ki, gedib işlə təmin olunasan. Müəllimlərimiz kifayət qədər maaşı alırlar. İndi həvəslə işə gəlirlər. Bunların hamısı inkişaf deyilmi? Müqavilə bağladığımız şirkətlər də öz dəstəyini göstərirlər. Təcrübəyə gedən tələbələrimiz orada gündə 3 dəfə yeməklə təmin edilir, imkan daxilində bizim təqaüddən əlavə pul da verirlər. Bəzən onlar deyirlər ki, hərbi xidmətə gedib gəlmiş olsunlar və burada davamlı çalışsınlar. Biz artıq onların yanında etibar qazanmışıq.
- Məktəbiniz hansı yeni təkliflərlə çıxış etmək istəyir?
- Bu gün şirkətlərə hazırlıqlı tələbələri göndəririk, onların da necə bacarıqlı olduqlarını görürlər. Bundan başqa, burada ingilis dilini, xüsusilə avtomobil nəqliyyatında işlədilən sözləri öyrədirik. Mən Peşə Təhsili müəssisələrinin rəhbərlərinin konfransında çıxış etdim. Bu proqramlarda xarici dili saatlarını azaldıblar ki, 11-ci sinfi bitirib gəlibsə tələbə ona bir də xarici dilin tədrisinə ehtiyac yoxdur. Mən dedim ki, sizinlə razıyam, ancaq az da olsa keçməlidirlər, avtomobil nəqliyyatında işlənən sözləri daha dəqiq bilməlidirlər. Məsələn, “KİA Motors” şirkətindən gələn adamlarla ünsiyyətdə olan tələbələr onları daha dəqiq başa düşməlidirlər. Yaxud, turizm inkişaf edib, bir turistin avtomobilinin təmirinə ehtiyacı olduqda onunla xarici dildə danışmalıdır. Mənim bu fikrimi təqdirəlayiq hesab ediblər və bildiriblər ki, proqramda düzəlişlər ediləcək. İndi dərs kimi ana dilində ünsiyyət salınıb ki, bu çox vacibdir. Bizdə 9-cu sinifdən qəbul da var və burada iki illik, üç illik təhsil öz əksini tapıb. Bu üç illik təhsil alanlar eyni zamanda attestat da alırlar. Bir illiklər isə ancaq diplom alır. Bizim Mərkəz, o cümlədən 11 mərkəzin hamısında növbəti tədris ilində 4 illik də götürəcəyik. Bu diplomlar subbakalavr olacaq. Bundan başqa, biz əsasən dövlətdən maliyyələşirik, bizim ödənişli əsaslarla da qəbulumuz var. Tələbələr gedib iş tapırsa bu, bir reklamdır. Hazırda 40-dan artıq tələbə ödənişli əsasla təhsil alır. Mənim məqsədim odur ki, reklamımızı getdikcə gücləndirək və işə qəbul ən güclü reklamdır.
Bəzi planlarımız da var. Eyni zamanda fikirləşirik ki, emalatxanaları gücləndirək və oradan gəlir əldə edək. Yəni tələbələrimiz həm burada dərs keçəcəklər, həm də maşın qəbul edib, təmir edir, təcrübə keçir, həm də gəlir əldə edəcəklər. İndi bir neçə emalatxana düzəltməyi nəzərdə tutmuşam. Layihəsi də hazırdır. Bundan başqa, bizdə sürücülük kursları təşkil etməyi nəzərdə tuturuq. Çatışmayan bəzi şeylər var. Kursda oxumaq istəyənlərin sadəcə adını yazdırmasını istəmirəm. İstəyirəm burada avadanlıqların hamısı olsun. Hazırda çoxsaylı sürücülük kursları fəaliyyət göstərir. Ancaq mən istəyirəm ki, avadanlıqlar əsasında daha dəqiq dərslər keçilsin, yaxud 50 saat təlim kursları keçilməlidir. Bunlara bəzi kurslarda diqqət yetirilmədiyi üçün avtomobil qəzaları artır. Sürücülük mədəniyyəti öyrədilməlidir, insanlarla ünsiyyəti öyrənməlidirlər.
Mən Çində olarkən orada şahidi oldum ki, bir peşə məktəbində 11 min, bir universitetdə 3 min nəfər tələbə təhsil alır. Onların peşə məktəbləri universitetdən daha böyükdür və bu ölkənin iqtisadiyyatlarının inkişafının səbəbi də odur ki, insanlar peşə təhsilinə üstünlük verirlər. Peşə məktəbində praktika da realdır, məktəbi elə yerdə düzəldiblər ki, içərisində quyu var, neft də çıxardırlar, tələbələr birbaşa istehsalda iştirak edir.
Bizdə də bu gün peşə təhsili inkişaf edir. Bu təhsil ocağının rəhbəri kimi mənim qapım açıqdır. Müəllimlər də, tələbələr də sözünü deyə bilər. Kollektivimizi daha da həvəsləndirməyə çalışıram. Onları ekskursiyaya aparıram. Ayın sonunda yenə də onları ekskursiyaya aparacağam. Onlar da çox məmnun olurlar. Hər cür imkandan istifadə edərək məktəbimizi, kollektivi dəstəkləməyə çalışıram. Kollektivin maddi rifahının yaxşı olması onları daha da ruh yüksəkliyi ilə çalışmağa həvəsləndirir. Bütün bunlar isə ölkədə peşə təhsilinin inkişafına zəmin yaradır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Erməni ekspert: “Belə davam edərsə, Paşinyan yaza qədər hakimiyyətdən qovulacaq”
18.11.2019
Müsavatın “mühacir alveri“ ilə bağlı yeni fakt
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info