Masallıda yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon seçim turu keçirilib
Tarix: 25.10.2019 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


24-25 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon seçim turu keçirilib Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov xüsusilə vurğulamışdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. O söylənilənlərin əyani göstəricisi kimi cənab Prezidentin gənclərlə bağlı etdiyi çıxışlarda gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri və “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti Sərəncamını sadalayıb.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək bildirdi ki, təşkil edilən bu kimi yarışmalar yeniyetmə və gənclərin intellektual bilik səviyyəsinin yüksəldilməsi və istedadlı gənclərin aşkara çıxarılmasına, bilik və məlumat bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə hərtərəfli inkişafına xidmət etdiyini deyib. Daha sonra yarışmaya start verilib. Yarışmada hər komandanın tərkibində 5 nəfər olmaqla, ümumilikdə 80 nəfər yeniyetmə mübarizəyə qoşulub.Maraqlı mübarizə şəraitində keçən yarışda S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin yeniyetmələrdən ibarət “Vendetta” komandası birinci yerə, Bala Kolatan kənd tam orta məktəbinin yeniyetmələrdən ibarət “Big Bang” komandası ikinci yerə, Şəhər 6 nömrəli tam orta məktəbin “Ulduz” komandası isə üçüncü yerə layiq görülmüşdür. Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin diplomları ilə mükafatlandırılıb

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info