Xaçmazlı mühəndis həyətində 25 növ ekzotik quş bəsləyir
Tarix: 25.10.2019 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayan Ömər Hacıbalayev 7 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır.
AZƏRTAC bildirir ki, ixtisasca mühəndis olan Ö.Hacıbalayevin fermasındakı quşların sayı artıq 100-ə çatıb. Təsərrüfatda tovuzquşu, linda və xalmaqor qazı, yapon toyuqları, kəklik, Qafqaz qırqovulu, tutuquşu kimi, ümumilikdə, 25 növ ekzotik quş bəslənilir.
Ömər Hacıbalayev əvvəllər quşları yalnız maraq xatirinə saxlasa da, indi bu məşğuliyyətdən gəlir əldə etməyə də başlayıb.
Satdığı quşlar arasında ən çox tələbat olan xalmaqor qazlarıdır. Bu qazın özü diri çəkidə 80 manata, yumurtasının bir ədədi isə 25 manata satılır.
Təsərrüfatçı ekzotik quşların bəslənilməsinin çətin olduğunu bildirir. Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.
Ö.Hacıbalayevin saxladığı quşlar arasında ən qiymətlisi və diqqətçəkəni tovuzquşlarıdır. Bu quşların qiyməti 500 manatdan bahadır. Lakin tovuzquşu digər quşlara nisbətən az məhsuldardır. Üç ildən sonra yumurtlamağa başlayır və bir ilə cəmi 15 yumurta verə bilir.
Xaçmaz sakini həyətində ekzotik quşların saxlandığı zoopark yaratmaq arzusundadır. Yaxın günlərdə təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı
12.12.2019
İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb
12.12.2019
Tibb bacısı yeni doğulan körpəni oğurladı
11.12.2019
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır
11.12.2019
Jurnalistin sualından qaçan Baş nazir soyuducuda gizləndi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 “Müsəlmanlar elə zəkatlarını versələr, İslam ölkələrində kasıb qalmaz“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info