“Gələcəyimiz üçün ağac əkək“
Tarix: 26.10.2019 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Bu gün Təbiətin Mühafizə Cəmiyyətinin təşəbbüsü həmçinin dünyada tanınmış KPMG şirkətinin dəstəyi ilə Bakının Binəqədi rayonunda "Gələcəyimiz üçün ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında Binəqədi rayon icra hakimiyyətinin, Binəqədi Bələdiyyəsinin, Bakı şəhər Yaşıllaşdırma İdarəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 300-dən çox müxtəlif növ ağac əkilib.
Təbiətin Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov müsahibəsində bildirib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Təbiətin Mühafizə Cəmiyyətinin hər zaman diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, Cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir. Bu gün də Binəqədi rayonunda təşkil edilən ağacəkmə kampaniyasında 300-dən çox ağac əklib. Ümumilikdə isə Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən ölkənin müxtəlif yerlərində on minlərlə müxtəlif cinsli ağac əkilib. Təbiətin Mühafizə Cəmiyyəti bu sosial aksiyanı bundan sonra da davam etdirəcək.
Aksiyaya öz dəstəyini verən "KPMG Azərbaycan" şirkətinin idarəedici partnyoru Murat Karakaş müsahibəsində qeyd edib ki, təmsil etdiyi şirkət hər zaman bu kimi aksiyalara dəstək göstərib. Bu gün Binəqədi rayonu ərazisində keçirilən aksiyada KPMG şirkətinin əməkdaşları aktiv iştirak ediblər. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin qeydə alınması prosesi bu gün başa çatır
21.11.2019
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb
21.11.2019
39 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21.11.2019
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi inşa olunacaq
21.11.2019
On ayda tütün, qida və içki istehsalı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info