“Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər“ adlı kitab işıq üzü görüb
Tarix: 05.09.2013 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Professor Stanislav Çernyavskinin müəllifi olduğu kitabda Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasından və artan gücündən bəhs edilir

Bu ilin sentyabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin "Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb. Bu barədə qəzetimizə Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.
Kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir. Beş fəsildən ibarət olan kitabda ulu öndər Heydər Əliyevin 1993 - 2003-cü illərdə prezidentliyi dövründə qoyulmuş dövlətçilik fundamenti üzərində ölkənin müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilib.
Kitabın “Milli dövlətçiliyin əsaslarının yaradılması” mövzulu birinci fəslində, “Müstəqil Azərbaycanın enerji strategiyası” mövzusunda olan ikinci fəslində “Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi”, “Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru”, “Dövlət Neft Şirkəti - şəffaflıq şərtlərində yatırımlar” mövzuları, “Dünya inkişafinın dinamikası: Azərbaycanın rəqabətə davamlılığı” mövzusunda olan üçüncü fəslində “İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Gələcəyə baxiş - Azərbaycan-2020” mövzuları, “Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin orientasiyası”, “Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi”, “Dünya birliyində özünümüəyyənetmə”, “Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa Birliyi Cənubi Qafqaz siyasətinin mərkəzində”, “İslam dünyası ilə əlaqə - praqmatizm və balans” mövzuları, “Müasir Azərbaycan milli azərbaycançılıq ideyası kimi” mövzusunda olan beşinci fəslində “Yeni siyasi məkan və müasirləşdirilmə”, “Yaradıcı gənclər - Azərbaycanin inkişafının generatorudur” mövzuları öz əksini tapıb.
Kitab rus dilindədir. Azərbaycanda və Rusiyada satış üçün nəzərdə tutulub. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info