Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazanıblar
Tarix: 27.10.2019 | Saat: 07:36:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb. -100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala çıxıb.
Həlledici qarşılaşmada Koreya təmsilçisi Ço Quhama uduzan təmsilçimiz "Böyük Dəbilqə"nin gümüş medalına sahib olub. Ağır çəkidə (+100 kq) mübarizə aparan cüdoçumuz Uşangi Kokauri Abu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə qalib gələrək bürünc medala layiq görülüb.
Beləliklə Azərbaycan cüdoçuları Abu Dabidə 3 medal qazanıblar. Nüfuzlu yarışın ilk günü Orxan Səfərov gümüş medala sahib olmuşdu. Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Luis Enrike İspaniya millisinə qayıdır
18.11.2019
Qvardiolanın menecerindən “Bavariya“ açıqlaması
17.11.2019
Belçikadan darmadağın, San-Marino ilk qolunu vurub
16.11.2019
Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
16.11.2019
Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info