Helsinki şəhərində “Vətənim Azərbaycan“ adlı Azərbaycan mədəniyyət günü keçirilib
Tarix: 27.10.2019 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Finlandiyanın paytaxtı Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib.
Trend-in məlumatına görə, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ladən Zahidova, rus və türk diaspor nümayəndələri, Helsinkidəki diplomatik korpusun təmsilçiləri, İsveçdəki, Estoniyadakı Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə Ülviyyə Cabbarova çıxış edərək bu tədbirin keçirilməsi ilə qarşıya qoyulmuş məqsəd haqqında məlumat verib. O, Azərbaycanın keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verib. Bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyə yenidən qovuşduğunu vurğulayan diaspor fəalı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında da ətraflı məlumat verib.
Azərbaycanın zəngin mədəni irsinin olduğunu vurğulayan Ü.Cabbarova bu irsin qorunub saxlanılması və təbliği üçün Azərbaycan dövlətinin yürütdüyü siyasət haqqında geniş məlumat verib. Diaspor təşkilatının rəhbəri ölkəmizin mədəni özünəməxsusluğu və bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələr barədə də danışıb.
Azərbaycanın İsveçdə və eyni zamanda Finlandiyadakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Diplomat bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq bu gün həqiqətən də Azərbaycanla Finlandiya arasında dostluq körpüsü yaradılmasının şahidi olduğunu qeyd edib. Günəş Rüstəmzadə bildirib ki, belə bir tədbiri keçirməklə Ü.Cabbarova virtual körpü yaradaraq iştirakçıları Azərbaycana aparır və ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış edir. Müvəqqəti işlər vəkili deyib: “Burada bu gün Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verildi. Mən də fürsətdən istifadə edərək, işğal altındakı torpaqlarımızın tezliklə erməni işğalından azad olunmasını, yaxın gələcəkdə Ü.Cabbarovanın təşkilatçılığı ilə soyuq Helsinkidən isti Azərbaycanın əzəli torpağı Qarabağımıza gedərək belə tədbirlərin orada keçirilməsini arzulayıram”.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ladən Zahidova çıxış edərək Ü.Cabbarovanın diaspor fəalı kimi gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Helsinkidə belə bir önəmli tədbirin keçirilməsi əlamətdar hadisədir. Bu tədbir bir daha sübut edir ki, azərbaycanlılar yaşadıqları ölkələrdən asılı olmayaraq öz ana vətənlərini unutmur, onun tarixi keçmişini, mədəniyyətini qoruyub saxlayır və yaşadırlar.
Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib. Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert olub. Qarabağ Azərbaycandır, eləcə də Azərbaycan xalçaları və Azərbaycan şərabları stendlərinin təqdim edildiyi tədbirdə tanınmış fotoqraf Etibar Cəfərovun "Azərbaycanın rəngləri" adlı fotosərgisi də nümayiş olunub.
Azərbaycandan Finlandiyaya gəlmiş incəsənət ustaları Rəvanə Qurbanova, Rövşən Qurbanov və Ceyhun Muradovun ifalarında səsləndirilən muğamlarımız tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin peşəkar milli rəqs ifaçıları Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun rəqs nümunələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info