Zbiqnev Bjezinski: “Mən lap əvvəldən Amerikanın Suriya siyasətini dəstəkləmirəm”
Tarix: 05.09.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Le Mond”: “Münaqişənin həllinə yanaşma “Əsəd mütləq getməlidir” şüarı ilə məhdudlaşmamalıdır”
“Mən böhranın əvvəlindən Amerikanın Suriya məsələsi ilə bağlı həyata keçirdiyi siyasəti dəstəkləmirəm». Bu sözləri Suriya məsələsi ilə bağlı “Le Mond” nəşrinə məşhur amerikalı politoloq Zbiqnev Bjezinski bildirib. Amerika xarici siyasətinin əsas ideoloqlarından biri olan Bjezinski yanlış mövqeyə rəğmən Suriyaya zərbə endirilməsini müdafiə edib: “ABŞ-ın üzləşdiyi daxili və xarici geosiyasi şərtləri nəzərə alaraq prezidentin qısamüddətli əməliyyat və məhdud hərbi zərbə endirməklə bağlı konqresin razılığını almaq qərarını dəstəkləməkdən başqa çıxış yolum yoxdur”. Politoloq etiraf edib ki, bu cür zərbələrin effektiv nəticəsi az olur, amma bu, Birləşmiş Ştatlara olan etimada zərbə üçün əsas olmamalıdır. ABŞ prezidentinin keçmiş müşaviri hesab edir ki, münaqişənin daha geniş areala yayılmasının qarşısını almaq üçün Suriya məsələsinə daha geniş kontekstdə baxmaq lazımdır: “Bu məsələ səbir və bir az geniş baxış bucağı tələb edir. Elə ki, bu baxış “Əsəd mütləq getməlidir” şüarı ilə məhdudlaşmamalıdır». Məşhur politoloq Rusiyanın Suriya məsələsində tutduğu mövqeyi belə izah edib: “Ruslar ilk növbədə öz sakitlikləri haqqında düşünməyə borcludurlar. Qafqazda qaynama prosesi gedir. Çox güman ki, Yaxın Şərqdə münaqişənin miqyası böyüyərsə, bu, keçmiş Sovet İttifaqının həmin bölgəsinə də sıçrayacaq”. Bjezinski Fransua Ollandın hərbi əməliyyatlarda iştirak etmək istəyi ilə bağlı qərarlılığını təqdir etməməklə yanaşı, onu məzəmmət də etməyib. Sadəcə, ona görə narahatdır ki, Birləşmiş Ştatların əsas müttəfiqi olan Britaniya və Fransa Yer kürəsinin bu hissəsində heç bir nüfuza malik deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info