Toylarda yediyimiz “ikralar” belə hazırlanır – VİDEO
Tarix: 27.10.2019 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 ton 610 kiloqram nərə balıqlarının kürüsü, 24 ton 190 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 70 kiloqram nərə balıqlarının kürüsü ixrac edilib.
Xaricdən gətirilən nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 312 dollar (530 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 12,4 dollar (21 manat) olub.
Xaricə satılan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 1168 dollar (1985 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan kvota səbəbindən son 5 ildir Xəzərdən nərə balığı ovlamır. Sonuncu dəfə 2012-ci ildə Xəzərdən 2,4 ton nərə balığı ovlanıb. Bu səbəbdən ölkədə nərə balığı kürüsünün istehsalı aşağı düşüb. Nərə balığının ovlanması yalnız göllərdə və şəxsi təsərrüfatlarda saxlanılanların hesabına olur. Sonuncu dəfə 2017-ci il ərzində şəxsi təsərrüfatlardan 5 ton nərə balığı tutulub. Statistika Komitəsinin məlumatına görə, il ərzində cəmi 100 kiloqram nərə kürüsü istehsal edilir və bu rəqəm son 5 ildə dəyişməz qalıb.

Rəqəmlərdən də göründüyü kimi ölkə daxilində mövcud olan nərə balıqları kürüsünün 93%-dən çoxu gömrük dəyəri 21 manata olan balıq kürüsünün əvəzediciləridir.

Onu da bildirək ki, xaricdən kiloqramı 12 dollara idxal etdiyimiz balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki “gelatus” sözündən gələn jelatin “dondurulmuş” mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.
Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.
Maraqlı olacağını nəzərə alaraq həmin videolardan birini təqdim edirik:




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb
21.11.2019
39 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21.11.2019
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi inşa olunacaq
21.11.2019
On ayda tütün, qida və içki istehsalı artıb
21.11.2019
Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info