Əhməd Oruc:”Müxalifət cəmiyyəti aldada-aldada öz ömrünü uzadır”
Tarix: 05.09.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“Milli şura”da toplaşıb mehriban olmaq görüntüsü yaradan müxalifət liderlərinin zaman-zaman bir-birilərinə qarşı qalmaqal yaradacaq fikirlərinin şahid olmuşuq. Bunlardan ən ilginci bir nəfərin eyni vaxtda bir neçə tərəfdaşını ittiham etməsidir. Belə ki, Müsavat Partiyasının mətbu orqanı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu verdiyi açıqlama ilə bir daha müxalif düşərgədə etimadsızlıq mühitinin güclü olduğunu göstərdi. O deyib: “Eldəniz Quliyevi və “El” hərəkatını Azərbaycan siyasətinin, müxalifətinin faciəsi hesab edirəm”.
Baş redaktor bildirib ki, hərəkat gündəmə gəldiyi gündən Azərbaycan müxalifəti iflic vəziyyətdədir. “El” hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri ilə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic, tənəzzül prosesi başlayıb. Bu gün “milli şura”nın da, müxalifətin birliyinin də ayağından çəkən “El” hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır”-deyə R.Arifoğlu qeyd edib. Rauf Arifoğlu bir az da irəli gedərək Rəsul Quliyevin, Lalə Şövkətin partiyalarını az qala xain, satqın, xaricə işləyənlər hesab edir: "İçəridə ilk gündən konflikt yaradan “EL” hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, yenə qısamüddətli şanslar deyişmələrin, dedi-qoduların içində batıb gedəcək".
"EL" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə açıqlamasında “Yeni Müsavat” qəzetini “El” hərəkatı və “milli şura” haqqında qərəzli yazılar yazmaqda günahlandırıb. O, qəzetin son günlər həddini keçdiyini və müxalifət düşüncəsindən daha artıq, iqtidar qəzetlərinin stili ilə məqalələr yazdığını deyib.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə bütün bunlarda məqsədin Lalə Şövkəti Azərbaycan siyasətindən silmək olduğunu düşünür. O seçkidən sonra bu ittihamları yayanları məhkəməyə verəcəkləri ilə hədələyir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “Palitra”ya verdiyi açıqlamada nəinki “milli şura”da, ümumilikdə müxalifət daxilində etimadsızlıq mühitinin yaranmasını təbii hal saydı. O, sözügedən qurumda liderlərin bir-biri ilə intriqa aparıb ittihamlar səsləndirərək hakimiyyətə gəlmək istəklərini də anormal hal hesab edir: “20 ildir ki, eyni insanlar müxalifətçilik missiyasını həyata keçirirlər. Bu illər ərzində müxalifətin mövqeləri həddindən artıq daralıb. Onlar müxalif düşərgədə fəaliyyətə başlayandan bu şəxslərə demokratiyanın inkişafı adı altında xarici təşkilatlar ildə milyonlarla qrant ayırırdılar. Siyasi partiyaların rəhbərləri bu maliyyələri mənimsəyərək gündəmdə qala bilirdilər. Sonrakı etaplarda Qeyri Hökumət Təşkilatları özləri ayrıca olaraq institutlaşmağa başladılar. Onlar həmin təşkilatların diqqətini də çəkməyi bacardılar. Belə olan təqdirdə siyasi partiyaların demək olar ki, maddi təminat imkanları da daraldı. Bundan başqa, sosial şəbəkələrdən və digər imkanlardan da yararlanaraq QHT-lər bir qədər aktiv mövqe sərgilədilər. Bu da siyasi partiyaların mövqeyini xeyli daraldıb. İllərlə davam edən uğursuz siyasət və liderlərin verdiyi vədlərin zaman-zaman cəmiyyət tərəfindən ironiya ilə qarşılanması prosesi baş verdi. On ildən artıqdır ki, bu siyasi liderlər imitasiya ilə məşğuldurlar. Yəni, siyasi səhnədə hakimiyyət uğrunda mübarizə aparırlarmış kimi görüntüsü yaradırlar. Ancaq onların hər biri ayrı-ayrı zaman kəsimində bəzi dövlətlərin Azərbaycanda maraqlarının təmin olunması üçün zəruri olan tədbirlər görən, seçkilərin saxtalaşdırılması və digər məsələlərlə bağlı onlara sənədlər hazırlamış adamlardır”.
Əhməd Oruc deyir ki, çətin duruma düşmüş müxalifət liderləri bir-biri ilə də çox ciddi dartışmalar aparmağa başlayıblar. Bu dartışma isə səlində elə ilk gündən olub: “Adətən bu dartışmaları beynəlxalq təşkilatlar yoluna qoya bilirlər. Onlar müxalifətə yardım etməyə çalışırdılar. Sonra bunlar birlik görüntüsü yaradanda bəlli oldu ki, həmin qüvvələr Rusiyaya meyil etmək zorunda qalıblar və Qərbin onlara heç bir dəstəyi də olmadı. İndiki etapda da belə variantlarla bunlar bu cür gündəmdə qalmağa başlayıblar. Hamısı özünün siyasi fəaliyyətində uzunömürlüyə nail olmağa çalışır və buna cəhd edir. Hər kəsə gözəl bəllidir ki, bu qüvvələrin bu gün nə intellekti nə potensialı cəmiyyət tərəfindən qəbul olunmur. Belə vəziyyətdə onlar bizdən də yaxşı bilirlər ki, hansı duruma düşüblər”.
Azadlıq Partiyasının sədri onu da vurğuladı ki, belə intriqalar bilərəkdən müəyyən maraqlar naminə də yaradıla bilir: “Seçki öncəsində də bir-birilərinin ardı ilə nə gəldi danışdılar və gündəmdə olub “Milyarderlər ittifaqı” vasitəsilə nəsə əldə etməyə cəhdlər oldu. Maraqlıdır ki, bu mənbələr və maraqlar ortaya çıxmamışdan əvvəl onların əksəriyyəti boykot əhval- ruhiyyəsində idi və seçkidə iştirak etməyi belə, ağıllarına gətirmirdilər. Rüstəm İbrahimbəyov kartı ortaya atılandan sonra bir qədər onunla oynamaq istədilər. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər daha da sıxlaşandan sonra indi də Cəmil Həsənli kartını ortaya atıblar ki, guya ondan uğur qazanmaq olacaq. Onu hamımız gözəl tanıyırıq. Tarixçi olsa da tanınmış siyasətçi deyil. O mənim yaşadığım 18 nömrəli dairədən deputat seçilmişdi və seçicilərin çoxu onu tanımırdı. Yəni, müxalif siyasətçi deyil bu adam. Bunu da hamı yaxşı anlayır. Belə bir situasiya yaranıb ki indi əlacsız onu irəli çəkiblər. Bu qüvvələr hakimiyyət uğrunda deyil, özlərinin siyasətdəki ömürlərini uzatmaq üçün bu cür oyunlara baş qoşublar. Burada təbii ki, özlərinin maddi maraqlarını da qoruyub saxlayırlar. Bunların ətrafındakı bəzi gənclər də onların əsl simasını görmür və anlamırlar. Elə bilirlər ki, həqiqətən elə liderləri perspektivli insanlardır. Liderlər də onları aldadırlar və bunu anlayan gənclərin çoxu da bir müddət sonra bu düşərgəni tərk edir. Aldatma mexanizmi ilə müxalifətçilik obrazı 20 ildir ki, oynanılır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info