“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar
Tarix: 28.10.2019 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Hörmətli valideynlər! Uşaqlarınızın kreativ inkişafına dəstək verən innovativ xarakteli kurslar açılmışdır. Bu kurslar “TRİZ PEDAQOGİKA” və “ Emosional intellekt” istiqamətlidir. Bundan əlavə “UŞAQLARIN ÜMUMİ İNKİŞAFI” və “MƏKTƏBƏ HAZIRLIQ” kursları da fəaliyyət göstərir.
Kurslar əsasən 3-8 yaşlı uşaqları əhatə edəcəkdir. Valideynin istəyindən asılı olaraq böyük yaş qrupları da ola bilər. Kurslarda uşaqlara 21-ci əsrin əsas səriştələri olan kreativlik, yaradıcı təfəkkür, emosiyaların idarə edilməsi kimi mühüm bacarıq və vərdişlər aşılanacaqdır. Belə kurslar dünyanın bir çox ölkələrində çox geniş yayılmışdır.

TRİZ PEDAQOGİKA NƏDİR? TRİZ PEDAQOGİKA 80-cı illərdə formalaşmış elmi pedaqoji istiqamətdir. Onun əsasını G.S.Asltşullerin yaratdığı TRİZ nəzəriyyəsi təşkil edir. Bu gün dünyada çox geniş tətbiq edilən bu nəzəriyyə 50 il əvvəl Bakı şəhərində yaradılmışdır. TRİZ PEDAQOGİKA-nın məqsədi müxtəlif fəaliyyət sahələrindən olan mürəkkəb problemlərin həllinə imkan verə bilən güclü təfəkkür formalaşdırmaq, yaradıcı şəxsiyyət tərbiyə etməkdir. Bu işə erkən yaşlardan başlamaq lazımdır. Problemli təlim vasitələrindən fərqli olaraq TRİZ dünya təcrübəsində mövcud olan ixtira məsələlərinin həll metodlarını ümumiləşdirərək, güclü metodologiya və alqoritmlər yaratmışdır. Dünyanın bir çox ölkələrinin təhsil müəssisələrində (uşaq bağçasından başlayaraq universitetlərə qədər) – TRİZ tədris edilir. Biz də Bakı şəhərinin kiçik yaşlı uşaqlarına TRİZ-i öyrətmək istəyirik .

Emosional intellekt NƏDİR? Emosional (sosial, ictimai) intellekt (Eİ) insanın emosiyalarını, özünün və başqalarının məqsəd, motiv və istəyini dərk etməsi, praktik məsələlərin həlli məqsədi ilə özünün və ətrafındakıların emosiyalarını idarə etməsidir. Eİ çevik vərdişlərə aiddir. İntellektual testlər çox vaxt insanın həyatda və karyerada yüksəlişini düzgün poqnozlaşdıra bilmir, buna reaksiya olaraq Eİ anlayışı yaranmışdır. Eİ izah edir ki, uğurlu insanlar digərləri ilə emosional əlaqələr əsasında səmərəli münasibətlər qurur, öz emosiyalarını effektiv idarə edir, amma ənənəvi intellekt anlayışı bu aspektləri nəzərə almır və İQ testlər bu qabiliyyətləri qiymətləndirə bilmir.

Ünvan: Bakı ş, Ceyhun Hacıbəyli 28 C (Dədə Qorqud parkının yaxınlığı).
Əlaqə nömrəsi: 055-813-07-77, e-mail: infotrizkids@gmail.com




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info