Həmyerlilərimiz “Murmansk payızı” festivalında xüsusi mükafata layiq görülüblər
Tarix: 28.10.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının qəhrəman şəhəri Murmanskda yunan-Roma güləşi üzrə şəhər gününə həsr olunmuş “Murmansk payızı” XXI uşaq festivalı təşkil olunub. 106 iştirakçını bir yerə toplayan yarışlar Həmkarlar İttifaqının mərkəzi stadionunun idman sarayında keçirilib. Murmansklılara təkcə vilayət şəhərlərindən deyil, həm də Kolomna (Moskva vilayəti) və Norveçdən (Tana, Mehamn) yeniyetmə güləşçilər qonaq gəliblər.
Turniri Murmansk və Monçeqorsk mitropoliti Mitrofan ziyarət edib. Murmansk vilayəti “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibliyindən bildirib ki, turnirin yekunlarına görə, komanda hesabında birinci yeri Murmansk şəhərinin 13 nömrəli olimpiya ehtiyatı idman məktəbinin güləşçiləri tutublar. İkinci yerdə Snejnoqorsk idmançıları, üçüncü yerdə isə Kolomna komandası qərarlaşıb.
Hakimlər kollegiyasının qərarı ilə həmyerlilərimiz Ramazan Əlimərdanov (Naximov hərbi-dəniz məktəbi, Murmansk, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında, 32 kq çəki dərəcəsində), Əli-Əshəb İdrisov (13 nömrəli olimpiya ehtiyatlı idman məktəbi, Murmansk, 52 kq çəki dərəcəsində), Kərim Əlibəyov (Severomorsk, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında, 52 kq çəki dərəcəsində) qaliblər və mükafatçılar sırasında olublar. Dmitri Udaltsov (13 nömrəli olimpiya ehtiyatlı idman məktəbi) “Qələbə əzmi”, Murmansk olimpiya ehtiyatlı idman məktəbinin yetirməsi Maksim Xoteşov “Ən yaxşı texnika”ya görə mükafata layiq görülüblər. Ən yaxşı güləşçi Kolomnadan Maksim Ufimtsev seçilib.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Luis Enrike İspaniya millisinə qayıdır
18.11.2019
Qvardiolanın menecerindən “Bavariya“ açıqlaması
17.11.2019
Belçikadan darmadağın, San-Marino ilk qolunu vurub
16.11.2019
Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
16.11.2019
Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info