Qəbələdə köhnəlmiş binaların sakinləri üçün 48 mənzilli bina tikiləcək
Tarix: 28.10.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən tikinti quraşdırma işləri 99,2 dəfə artmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilmiş, müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilmiş, 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulmuş, Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qəbələ şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2019-cu il.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb
21.11.2019
39 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21.11.2019
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi inşa olunacaq
21.11.2019
On ayda tütün, qida və içki istehsalı artıb
21.11.2019
Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info