Ermənistana sərmayə qoyuluşu 5 dəfə azalıb
Tarix: 28.10.2019 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


2020-ci il büdcə layihəsinin müzakirəsi zamanı Respublikaçılar Partiyasından olan deputat Mikael Melkumyan qəbul etdikləri büdcənin Paşinyan tərəfdarlarının dediyindən fərqli olaraq, «inqilabi» olmadığını bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistana investisiyanın qoyulacağı barədə səsləndirilən fikirlər boş xülyadan başqa bir şey deyil. Melkumyan dediklərini əyani misallar gətirərək sübut edir: «Reallıq budur ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkədəki birbaşa xarici sərmayə 38 milyard dram təşkil etmişdisə, 2019-cu ilin həmin dövründə bu cəmi 7,8 milyard dram təşkil edib. Əslində, bu bizim istədiyinizdən çox uzaq bir rəqəmdir. Məhz buna görə də, indi hakimiyyətdə olanların iqtisadi artımın təminatı ilə bağlı danışmaları çox gülünc görünür. Bu gün ölkədə informasiya texnologiyası sektoru ilə bağlı elan edilmiş yanaşmalara da əməl edilmir, ona görə də, düşünürəm ki, bu templə ölkə həyatının yaxşılaşacağı hələ də sual altındadır»-deyə erməni deputat «tert.am» saytına bildirib.
Qeyd edək ki, Melkumyan bu fikirləri Paşinyanın «Aysor» saytında yer alan fikirilərinə cavab kimi səsləndirib. Xatırladaq ki, baş nazir sayta verdiyi açıqlamada 2019-cu ilin 10 ayı ərzində ölkədəki iqtisadi aktivlikyin 7,1 faizi keçdiyini bildirib. Maraqlıdır ki, Paşinyanın Ermənistandakı «iqtisadi aktivliyi» ölkənin ayrı-ayrı qurumları öz istədikləri kimi təqdim ediblər. Məsələn ölkənin Maliyyə Nazirliyi bu aktivliyi 6.3, Mərkəzi Bank isə 6.7 faiz civarında təqdim edib. O da maraqlıdır ki, üç fərqli iqtisadi aktivlik göstəricisinə baxmayaraq, Paşinyan qarşıdakı illərdə Ermənistanda iqtisadi artımın «daha yüksək üfiqlər fəth edəcəyinin» proqnozlaşdırıldığını bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info