Masallıda gənclərin məşğulluq imkanlarına dair düşərgə başa çatıb
Tarix: 28.10.2019 | Saat: 22:19:00 | E-mail | Çapa göndər



Masallı rayonundakı “Qala” İstirahət Mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilmiş düşərgə başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən düşərgə barədə məlumat verən layihə rəhbəri Raci Səfərov layihənin məqsədinin region gənclərinin işə qəbulu zamanı tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırılmasına dəstək olduğunu bildirib.
Layihə çərçivəsində Bakı, Mingəçevir, Şəki, Qazax, Biləsuvar, Lənkəran, Cəlilabad, Cəbrayıl, Xocavənd, Zərdab, Lerik və Ağdam şəhər və rayonlarından seçilmiş 25 gənc düşərgədə iştirak edib.
Təlimlərdə iştirakçılara təqdimat, ünsiyyət bacarıqları, işə müraciət qaydaları, komanda işi, CV yazılışı qaydaları və s. mövzular tədris olunub. Layihə çərçivəsində “Facebook”da “Gənclərin məşğulluğuna dəstək” qrupu yaradılıb.
Düşərgənin sonuncu günündə iştirakçılar Masallı rayonundakı “ASAN xidmət” mərkəzinə, “İstisu” müalicə-sanatoriyasına və Masallı Sənaye Məhəlləsinə ekskursiya ediblər.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info