“Elektron hökumət” portalı vasitəsilə nəzarət gücləndiriləcək
Tarix: 05.09.2013 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması isə “Elektron hökumət ” portalının köməyi ilə həyata keçiriləcək. Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, daha çox hüquqi qüvvəyə malik olduğundan, bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək. Müraciətin icrasının qeyri-qanuni səbəblər üzündən ləngiməsi və ya icrasına başlanmaması kimi səbəblər üzündən mübahisəli hallar yarandığı təqdirdə, müraciət edən şəxs müraciət etdiyi quruma qarşı bunu əsas sübut kimi də istifadə edə biləcək. Vətəndaşların “e-gov.az” portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladığı elektron müraciətlərin nəzarət mexanizmi var. Qeyd edək ki, hazırda “Elektron hökumət” portalı vasitəsilə müraciətlər arxivləşdirilir. Orada göndərilən müraciətin ünvanı, məzmunu və s. göstərilir. Gələcəkdə aidiyyəti dövlət qurumuna çıxış qoyulacaq və portal vasitəsilə müxtəlif orqanlara ünvanlanan müraciətlər və onların icrası prosesi nəzarətedici qurumlarda görünəcək. Ondan sonra sorğular, onların məzmunu, müraciətlərə cavab verilib-verilməməsinin hesabatı aparılacaq. Mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən vətəndaşlar cavab almadıqları təqdirdə, portala daxil olaraq sorğusunun təsdiqini arxivdən götürə biləcək. Bu da elektron xidməti təqdim edən tərəflə xidmət istifadəçisi arasında gələcəkdə mübahisəli hallar yarandığı zaman əsas dəlil kimi istifadə oluna bilər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info