Ermənistanın maliyyə naziri ölkəyə qoyulan sərmayələrin kəskin azaldığını etiraf edir
Tarix: 29.10.2019 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


«Bu gün bizim üçün kəmiyyət vacib deyil. Biz say ardınca qaçmırıq və bu yolu da tutmaq niyyətində deyilik». Bu fikiriləri ötən gün Ermənistanın maliyyə naziri Atom Janjuqazyan «Çiçəklənən Ermənistan» partiyasından olan deputat Mikael Melkumyanın suallarını cavablandırarkən bildirib.
Xatırladaq ki, yenə də bir müddət bundan əvvəl Mikael Melkumyan bu gün ölkəyə kapital qoyuluşunun ÜDM-in 17,5-18 faizini təşkil etdiyini nazirin diqqətinə çatdıraraq, hazırda ölkədəki 23.3 faiz civarında olan investisiya artımının 2020-ci ildə 23.9 faizə çatdırılacağının ehtimal edildiyini bildirmişdi. Erməni deputat istehza ilə sezilən bir rişxəndlə, «belə çıxır ki, gələn il bizi ölkənin investisiya artımında 0.6 faizlik bir «tərəqqi» gözləyir?”- demişdi. O,bir müddət bundan əvvəl səsləndirdiyi fikirləri yenidən erməni maliyyə nazirinə xatırlatmalı olub: «Əgər 2018-ci ilin yanvar-iyun aylarında Ermənistan iqtisadiyyatının real sektorunda xarici investisiyalar təqribən 38 milyard dram təşkil edibsə, yeni hakimiyyətin dövründə, yəni 2019-cu ilin eyni dövrü üçün bu rəqəm azalaraq 7.8 milyard drama enib».
Buna cavab olaraq nazir Atom Janjuqazyan ölkəyə ehtimal oluna biləcək investisiyaların cəlb ediləcəyi təqdirdə, bunların əbədi olaraq eyni səviyyədə qala bilməyəcəyini, yəni artacağını bildirib. Bununla belə o, «növbəti iqtisadi dövr» üçün bunların hamısının reallaşaşa biləcəyinin ehtimal olduğunu da istisna etmir.
Ölkədəki hər bir sahibkarın yeni iqtisadi modelə uyğunlaşmaq məcburiyyətində qaldığını bildirən maliyyə naziri bunun üçün müəyyən bir vaxt lazım oluduğunu bəyan edib. Ermənilərin «News.am» saytı nazirin söylədiyi «öhdəliklərimiz və proqnozlarımız barədə realistik» fikirlərinə elə də bir önəm vermədiyini, bunun sadəcə bir ehtimal olduğunu gizlətməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info