“Bölgələrimizdə böyük potensiallı gənclərimiz var”
Tarix: 05.09.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Anar Abdulov: “Hazırda dövlət tərəfindən gənclərimizin maariflənməsi və ictimai fəallıqlarının artırılması baxımından çox mühüm işlər görülür”

Azərbaycan gəncliyi gözlənildiyindən daha tez müasir dünya ilə ayaqlaşa bildi. Bu, əksər gənclərmizin innovativ düşüncəyə malik olmasında özünü göstərir. Elə "Müasir Gənclər Klubu" da məhz belə gənclərimizin xidmətindədir. 2013-cü il yanvarın 1-dən fəaliyyət başlayan "Müasir Gənclər Klubu"nun əsas məqsədi müasir innovativ gəncləri aşkara çıxarmaq, onların layihələrinin reallaşmasına kömək etmək, maarifləndirməkdir. Klub eyni zamanda aztəminatlı gəncləri nəzərə alaraq kurslar, seminarlar təşkil edir, daha müasir və bilikli bir gənclik ordusunun yaranmasına dəstək göstərir. Təşkilatın sədri Anar Abdulovla söhbətimiz bu mövzuda oldu:

- Bu vaxta kimi hansı ilklərə imza atıbsınız?
- Fəaliyyətə başladığımız ilk gündən Azərbaycanda bir sıra ilklərə imza atmışıq. İlk "Conversation Tour" və "MGK Survivor" layihələri buna misal ola bilər. Gənclərimizin şəxsi inkişafı üçün əlimizdən gələni edirik və dövlətimizin həyata keçirdiyi gənclər siyasəti sayəsində daha böyük uğurlara nail olacağımıza əminik.
- Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzalanan "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı gənclərə dövlət qayğısından xəbər verən mühüm bir göstəricidir. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, dövlət orqanlarına yaxın illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib və bələdiyyə üzvlərinin 28 faizi-4303 nəfəri gənclərdir ki, bu, nəticədə bir daha dövlətin, düzgün istiqamətdə gənclər siyasətini doğrultduğunu göstərir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
-Özünə güvənən hər bir gənc dövlət gənclər siyasətindən yararlanaraq öz bilik və bacarıqları sayəsində, təbii potensialını effektli reallaşdıra və cəmiyyətdə layiqli yer tuta bilərlər. Sadəcə bunun üçün qarşılarına çox mühüm məqsədlər qoymalı və çaba göstərməlidirlər.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
-"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərimiz ölkəmizin ehtiyac duyduğu sahələr üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndəriliblər. Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı və 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
-Təkcə 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul ediliblər. Bu, çox müsbət göstəricidir. Hazırda da respublikamızda gənclərimiz ictimai işlərdə çox aktivdirlər. Əgər bu qayda ilə davam etsələr, düşünürəm ki, hər şey daha yaxşı nəticə verəcək.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Ən əsası onu qeyd edə bilərəm ki, hazırda dövlət tərəfindən gənclərimizin maariflənməsi və ictimai fəallıqlarının artırılması baxımından çox mühüm işlər görülüb və görülür. Sadəcə gənclərlə əlaqədar olan bütün təşkilatlar paytaxtdan əlavə həmçinin bölgələrimizdə, rayon və kəndlərimizdə də kifayət qədər potensiallı gənclərimizin olduğunu və onların dövlətimizin inkişafı üçün mühüm bir qüvvə ola biləcəklərini unutmasınlar və daim diqqət göstərsinlər.
- Sizin rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə hansı işlər görür?
-Bizim əsas məqsədlərimiz sırasında müasir innovativ gəncləri aşkara çıxarmaq, müasir modern və bilikli bir gənclik yaratmaq və bununla yanaşı, həmçinin az öncə qeyd etdiyim kimi bölgə gənclərinin şəxsi inkişafını sürətləndirmək dayanır. Bunun üçün artıq bir sıra işlər görmüşük. Düşünürəm ki, dövlətimizin gənclər təşkilatlarına göstərdiyi qayğı və diqqət sayəsində bizlər də öz növbəmizdə daha mühüm və daha önəmli layihələrdə gənclərimizin inkişafı üçün əlimizdən gələni edəcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info