“Barselona“ “Valyadolid”i darmadağın edib
Tarix: 30.10.2019 | Saat: 10:05:00 | E-mail | Çapa göndər



Oktyabrın 29-da futbol üzrə İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında “Barselona” doğma meydanda “Valyadolid”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, gözlənildiyi kimi, görüşə meydan sahibləri fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Kataloniya klubunun müdafiəçisi Lenqle hesabı açıb – 1:0. Lakin qonaqlar 15-ci dəqiqədə Kiko Olivasın vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Meydan sahibləri 29-cu dəqiqədə Vidalın qolu ilə yenidən hesabda önə keçiblər. Cəmi 5 dəqiqə sonra “Barselona”nın argentinalı hücumçusu Messi hesab arasındakı fərqi artırıb – 3:1. Birinci hissə elə bu hesabla başa çatıb.
Matçın 75-ci dəqiqəsində Ernesto Valverdenin yetirmələri yenidən fərqləniblər. Rakitiçin ötürməsni Messi dəqiq yerinə yetirərək dubla imza atıb. Qoldan 2 dəqiqə sonra Messi bu dəfə assistlə diqqət mərkəzinə düşüb. Onun ötürməsini Luiz Suarez dəqiq tamamlayıb.
Beləliklə, “Barselona” doğma meydanda “Valyadolid”i 5:1 hesabı ilə darmadağın edib.
Bu qələbədən sonra Kataloniya klubu 22 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
İsveç yığması da AVRO-2020-yə yüksəlib
16.11.2019
Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 10-cu lisenziyanı qazanıb
16.11.2019
Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
15.11.2019
Türkiyə millisinin sevinci - Video
15.11.2019
Avropa kuboku: “Odlar Yurdu” Sloveniya şahmatçılarına qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info