Bal yarmarkası başladı
Tarix: 05.09.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Dənizkənarı bulvarın yaxınlığında yerləşən Dəniz vağzalının salonunda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışıb, yarmarkanın əhəmiyyətindən bəhs edib.
Aslan Aslanov bildirib ki, “Arıçılıq haqqında” qanuna əsasən hər il keçirilən yarmarka artıq ənənəyə çevrilib. Bakı sakinlərində böyük maraq doğuran sərgi-satış yarmarkasının məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq və inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır. Yarmarkaya 51 şəhər və rayondan 320 nəfər arıçı gəlib. Satışa 500 ton bal, 40 kiloqram çiçək tozu, 3 kiloqram arı südü, 10 kiloqram vərəmum çıxarılıb. Yarmarkada satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb. Bir kiloqram yüksək keyfiyyətli bal 15 manata satılır. A.Aslanov qeyd edib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulur. Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem bazası və qiymətli arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından çox xeyirli, eyni zamanda ekoloji mühit üçün ən faydalı təsərrüfat sahəsidir. Bu il yanvarın 1-nə olan məlumata görə Azərbaycanda 225,3 min arı ailəsinin olduğunu deyən A.Aslanov bildirib ki, ötən illərdə hər arı ailəsindən orta hesabla 10-11 kiloqram bal alınırdı. Bu il havaların arıçılıq üçün əlverişli keçməsi nəticəsində bal istehsalı xeyli artıb və 3 min ton məhsul gözlənilir. Ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Hesablamalar göstərir ki, Azərbaycanda arı ailələrinin sayını 5 dəfə, orta məhsuldarlığı isə 2 dəfə artırmaq mümkündür. Son səkkiz ildə arı ailələrinin sayı 2,3 dəfə artmışdır ki, bu da daxili tələbatı tam ödəməyə imkan verir.
Nazir müavini ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail olmaq üçün müvafiq iş aparıldığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan balının yüksək keyfiyyəti onun rəqabət qabiliyyətini artırır. Müasir dövrdə arıçılıqda elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur. Digər məhsulların (arı zəhəri, mum, arı südü və s.) istehsalı da diqqətdə saxlanılmalıdır. Arıçılıqda seleksiya-damazlıq işlərinin ildən-ilə təkmilləşdirildiyini bildirən A.Aslanov məlumat verib ki, hazırda ölkədə 32 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Arıçılığın daha da inkişaf etdirilməsi üçün 2012-ci ildə 41 sahibkara 476 min manat, 2013-cü ilin 7 ayında isə 39 nəfərə 455 min manat kredit verilib və bu hesaba 114 yeni iş yeri açılıb. Azərbaycanda “Peşəkar arıçılar”, “Qızıl pətək”, “Dağ arıçıları” ictimai birlikləri fəaliyyət göstərir. Eyni zamanda Arıçılar İttifaqı yaradılıb. Nazirlik də öz növbəsində arıçılığın inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır. Bu sahədə Qax rayonunda daha çox iş görülüb. Rayonda 105 arıçını birləşdirən “Ekologiya və arı sevərlər” ictimai birliyi fəaliyyət göstərir. Təsadüfi deyil ki, son illər Qaxda arı ailələrinin sayı 4 dəfə artıb. Yarmarkanın açılış mərasimində çıxış edənlər də ölkədə arıçılığın inkişafından və bu sahədə görülən işlərdən danışıblar. Məlumat verilib ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Sonra satış-sərgisi ilə tanışlıq olub. Yarmarka oktyabrın 5-dək davam edəcək.





 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info