Sidiqə Məmmədovanı ağır xəstəlikdən xilas edək!
Tarix: 30.10.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


2002-ci il təvəllüdlü Sidiqə Şirin qızı Məmmədova xərçəng xəstəliyinə düçar olub.
2018-ci ilin iyun ayından bu günə qədər “C83.3 Diffuz Böyük B-hüceyrəli Qeyri-Hoçkin limfoma” diaqnozu ilə mübarizə aparan Sidiqə Məmmədovanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var. Sidiqənin anası Nərminə Məmmədovanın sözlərinə görə, qızı Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında müalicədədir:
“Hazırda qızımın xəstəliyi dördüncü mərhələdədir. Ocaqlar bazu sümüyünün divararalığında, hər iki ağciyərin, sağ böyrək, sağ böyrəküstü vəzin, körpücüküstü, parakaval l/düyünləri və sümüklərin zədələnməsində özünü göstərir. Övladım 9 kurs kimyaterapiya qəbul edib. Bu müalicənin nəticələrinə görə, yığılmalar var, metastaz da aktiv deyil. Aldığı kimyaterapiyadan sonra qızımın qan dəyərləri düşür. Hazırda onun bədənində leykositlər sıfıra düşüb, trombosit azlığı yaranıb. Bu da uşaq üçün çox kritik vəziyyətdir.
Məlumdur ki, qan hüceyrələrinin miqdarı bəlli normalar çərçivəsində olmazsa, kimyaterapiya da tətbiq edilmir. Bəzi vəziyyətlərdə yalnız qandakı dəyərlərin miqdarı istənilən səviyyəyə yüksəldilməlidir”.
Nərminə Məmmədova limfoma diaqnozunda əməliyyatın məsləhət görülmədiyini qeyd edib: “Amma övladıma PTK müayinəsindən keçmək məsləhət görülüb. Bu müayinənin də qiyməti təxminən 1500 manatdır ki, buna da maddi vəziyyətimiz imkan vermir. Bu müayinə bədəndə olan törəmələrin aktivliyini və ya qeyri-aktivliyini müəyyən etməyə imkan verəcək. Bundan sonra yaranan həmin törəmələri cərrahi əməliyyatla kəsib götürmək olar ki, artıq kütlə kimi uşağın bədənində qalmasın. Amma limfalara dəymək olmaz.
Hazırda nə bu müayinədən keçməyə, nə də sonrakı mərhələdə əməliyyat etdirməyə maddi imkanımız var. Həkimlər Sidiqəni Moskvada da müayinə və müalicədən keçməsini məsləhət görüblər. Övladımı ora aparıb gətirmək üçün ən azı bizə 10-15 min manat vəsait lazımdır”.
Anası illərdir Sidiqənin sağalması üçün əllərindən gələni etiklərini deyir:
“Doğrusu, Sidiqə xəstələnəndən bəri evə getmirik. Yaşayış yerimiz çox pis vəziyyətdədir. Həkimlər Sidiqənin evə çıxmasını məsləhət görəndə nənə-babanın, dayının evində qalırıq. Sidiqə orta məktəbi əla qiymətlərlə başa vurub. O, olimpiyada yarışında respublika üzrə II yerə çıxıb. Arzusu beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olmaqdı. O nikbindir, inanır ki, arzusuna çatacaq. Amma hələlik xəstəlik onu arzusunun arxasınca getməyə imkan vermir. Xəbəri oxuyan, görən hər kəsdən 17 yaşlı balamın sağalması üçün laqeyd qalmamağı, maddi dəstək göstərmələrini xahiş edirəm”.
Sidiqə Məmmədovanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir.
Qeyd edək ki, Milliön aparatından hesaba pul köçürmək üçün kartın üzərindəki 16 rəqəmli (4169741392648240) kodu və kartın bitmə tarixini 10/20 daxil edərək prosesi həyata keçirə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info