İnternetin qiymətinin aşağı salınması nəzərdə tutulur
Tarix: 05.09.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Elmir Vəlizadə: “Mobil operatorlar problemi
yaxın vaxtlarda həll etməsələr, məhkəmə məsələsi yenidən gündəmə gələcək”


Yaxın zamanlarda Azərbaycanda internetin qiymətinin aşağı salınması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, “İKT ili” çərçivəsində görüləcək işlər müvafiq tədbirlər planında nəzərdə tutulub: “Bununla əlaqədar olaraq işlər yerinə yetirilir, müəyyən təkliflər hazırlanır, hətta internet provayderlərlə görüşlər keçirilir.

Azərbaycanda İnternet Cəmiyyəti Assosiasiyası tərəfindən də müəyyən müzakirələr aparılır və təkliflər hazırlanır. Hər il olduğu kimi, bu il də qiymətin azalması siyasəti analiz ediləcək. Qiymətlər Azərbaycanda istifadə üçün daha da münasib olacaq. Çox yaxın zamanlarda assosiasiya tərəfindən yekun təkliflər bizə təqdim olunacaq və bundan sonra internetin qiymətinin aşağı salınması istiqamətində müvafiq addımlar atılacaq”. Elmir Vəlizadə onu da qeyd edib ki, mobil operatorlar tərəfindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin gecikdirilməsi problemi yaxın vaxtlarda həll edilməlidir. Bu məsələ yaxın vaxtlarda həll olunmasa, məhkəmə məsələsi yenidən gündəmə gələcək. Nazir müavininin sözlərinə görə, bir müddət öncə nazirlik mobil operatorlara xəbərdarlıq edib: “Mobil operatorlara xəbərdarlıq etmişdi ki, bu məsələ həll edilməsə, məhkəməyə müraciət ediləcək. Mobil operatorlar bu istiqamətdə addımlarını daha da sürətləndirməlidirlər. Bu istiqamətdə iş gedir. Müəyyən texniki məsələlər var ki, onların həllini tapmaması layihənin həyata keçirilməsini ləngidir. Amma bizim gözləntimiz ondan ibarətdir ki, mobil operatorlar problemi yaxın vaxtlarda həll edəcək”. Qeyd edək ki, BMT Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamə qəbul edilib. Bu qətnamənin gələcək illərdə Azərbaycan üçün hansı əlavə imkanlar açacağı ilə bağlı suala aydınlıq gətirən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu qətnamənin qəbulu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi ilə bilavasitə əlaqədardır. Onun sözlərinə görə, belə tip layihələrin region üçün əhəmiyyətini nəzərə alaraq regionlar ölkələrinin bura diqqətini artırmaq məqsədilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi irəli sürülüb: “BMT-də olan müzakirələr də göstərdi ki, belə bir alyansın yaradılması, müvafiq layihələrin həyata keçirilməsi dünyada gedən proseslərlə tam uzlaşır. İlk növbədə dünyanın bütün kommunikasiya infrastrukturunun gücləndirilməsi, vətəndaşların bu texnologiyalardan istifadə edərək öz hüquqlarının həyata keçirilməsi, informasiyanın əldə edilməsi üçün yeni imkanlar əldə etməsi üçün belə tipli layihələrə ciddi ehtiyac var. Azərbaycanın təşəbbüsü olan bu layihə BMT səviyyəsində artıq 3-cü dəfədir dəstəklənir. Bunun özü çox müsbət bir haldır”.
E.Vəlizadə qeyd edib ki, TASİM layihəsi regionda Avropadan Çinə qədər olan bir ərazini əhatə edir və 20-yə yaxın ölkənin ərazisindən keçəcək: “Layihə çərçivəsində Xəzəraltı əlavə kabel magistralının tikintisi gözlənilir ki, bu da Azərbaycan üçün önəmli məsələdir. Hazırda Qazaxıstan və Türkmənistanla bu istiqamətdə danışıqlar davam etdirilir. Bu layihədə Qazaxıstanın operatoru nəzərdə tutulan konsorsiumun əsas iştirakçılarındandır. Ona görə də adıçəkilən ölkə ilə bu danışıqlar daha intensiv şəkildə aparılır. Azərbaycanın təklifi ilə TASİM layihəsi çərçivəsində Xəzəraltı kabel magistralının yaradılması əhəmiyyətli addımlardan biri olacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info