Zəfər Quliyev: “Milli şura” qarşıya qoyulan prinsiplərə əməl etmir”
Tarix: 05.09.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər




“Milli şura ilə “El” hərəkatı arasında narazılıqlar hələ həllini tapmayıb. Lakin Eldar Namazov bununla bağlı danışıqlar aparır”. Bunu “El” hərəkatının sədr müavini, “milli şura”nın üzvü Zəfər Quliyev deyib.

Z.Quliyev bildirib ki, narazılığın səbəblərindən biri “El” hərəkatının istintaqa cəlb olunmasına verilən reaksiya olub: “Bununla bağlı müttəfiqlərimizdən bəziləri öz münasibətini bildirib. Gec də olsa, “milli şura” da bəyanat verib. Amma “milli şura”da təmsil olunan bütün partiyalar bizə olan təzyiqlərə öz mövqeyini açıqlamayıb. Digər narazılıqlarla bağlı isə Cəmil Həsənli, İsa Qəmbər və Eldar Namazov arasında müzakirə aparılıb. Yəqin ki, bu narazılıqlar da davamlı müzakirələr zamanı yaxın günlərdə həllini tapa bilər”.
Z.Quliyev digər narazılığın “milli şura”nın daxilində yaranmış vəziyyətlə bağlı olduğunu qeyd edib: “Yəni, burada təmsil olunan partiyalara ayrı-seçkiliyin olub-olmaması, iş bölgüsü və sairə ilə əlaqədardır. Ümumi məsələlərdə - namizədin dəstəklənməsində fikir ayrılığı yoxdur. Biz “milli şura”nın güclənməsində maraqlı olan qüvvələrdən biriyik. Eyni zamanda “El” hərəkatının rəhbərliyi hesab edir ki, “milli şura”da konsensus prinsipi gözlənilməlidir, burada təmsil olunan partiyalar eyni səviyyədə, eyni statusla bütün işlərdə fəal iştirak etməlidir. Yəni, “milli şura” təsis olunan zaman qarşıya qoyulan prinsiplər icra olunmalıdır. Çünki “milli şura” bu prinsiplər əsasında formalaşıb. “El” hərəkatı sona qədər bu dəyərlərin qorunmasının, heç bir ayrı-seçkiliyə yol verilməməsinin tərəfdarıdır. Təəssüf ki, bu, bəzi xırda məsələlərdə hiss olunur. Biz bununla bağlı zəruri müzakirələri aparmışıq və Eldar Namazov da görüşlərdə bunları müttəfiqlərimizin diqqətinə çatdırır. Həm sessiya keçirilən gün - sentyabrın 3-də, həm də dünən Eldar Namazov Rüstəm İbrahimbəyovla da bu məsələləri müzakirə edib”. Politoloq problemi müzakirə yolu ilə həll etməyə çalışdıqlarını bildirib: “Hər halda “El” hərəkatı “milli şura”nın nə zəifləməsində, nə parçalanmasında, nə də ziddiyyətlərin olmasında maraqlıdır”.
Z.Quliyev “milli şura”dakı bəzi partiyaların seçki prosesində iştirak etməməsinin səbəbini də açıqlayıb: “Onların seçki kampaniyasında iştirak etməməsinin bir səbəbi narahatlıqları ilə bağlıdır. “Milli şura”nın yaradılmasında “El” hərəkatı moderator rolunu oynayıb. Belə olan təqdirdə bizim məsuliyyətimiz də böyükdür. Məhz bu səbəbdən də bəzi narahatlıqların həllində “El” hərəkatı təşəbbüskar rolunda çıxış edir. Qurum hesab edir ki, seçki kampaniyası başlanana qədər bu problemlər öz həllini tapmalıdır. Yoxsa, bu məsələlər öz həllini tapmasa, seçki kampaniyasında “milli şura”da olan bu narazılıq istər-istəməz ümumi işə mənfi təsir edə bilər. Nə qədər gec deyil, “milli şura”da təmsil olunan partiyalar arasında, vahid namizəd Cəmil Həsənlinin də iştirakı ilə danışıqlar apararaq, nöqsanları aradan qaldırmalıyıq”.
Z.Quliyev Rüstəm İbrahimbəyovun unudulması məsələsindən də danışıb: “Rüstəm İbrahimbəyov qurumun yaradıcısıdır və yekdilliklə ilk sessiyada “milli şura”nın sədri seçilib. “Milli şura”nın sədri olaraq bütün sonrakı mərhələlərdə qurumda qəbul olunan qərarlar, müzakirəyə çıxarılan məsələlərin hamısı Rüstəm İbrahimbəyovun razılığı əsasında həyata keçirilib. Onun namizədliyi sual altında olanda Rüstəm İbrahimbəyovun öz təşəbbüsü ilə “milli şura” ehtiyat vahid namizəd məsələsini gündəmə gətirdi və hadisələrin gedişi də göstərdi ki, bu, doğru qərar idi. Əlbəttə, burada başqa variantla da fəaliyyəti qurmaq olardı. Buradan çıxış edərək, avqustun 19-da keçirilən sessiyada Rüstəm İbrahimbəyov bir neçə istiqamət göstərirdi. Məlum variantlar müzakirəyə çıxarıldı və 1 səs çoxluğu ilə ehtiyat vahid namizəd məsələsi təqdir olundu. Keçmişə qayıtmaq istəmirəm. Bildirim ki, şəxsən mənim və “El” hərəkatının avqustun 19-dakı mövqeyi əsas namizədin sona qədər dəstəklənməsi ilə bağlı idi. Yəni biz əsas namizədin dəstəklənməsini uğurlu sayırdıq. Şəxsən mən hesab edirdim ki, “milli şura”da təmsil olunan aparıcı partiyalar dərhal seçki prosesinə qatılmaq üçün öz namizədlərini irəli sürməlidirlər. Lakin hər halda “milli şura” avqustun 23-də Cəmil Həsənlini vahid namizəd seçdi. Onu demək istəyirəm ki, hər gün, dünən də daxil olmaqla, Rüstəm İbrahimbəyov “milli şura”nın icra aparatının rəhbəri Eldar Namazovla əlaqə saxlayır. Yəni Rüstəm İbrahimbəyov daim “milli şura”nın rəhbərliyi ilə öz əlaqələrini davam etdirir”. Z. Quliyev Rüstəm İbrahimbəyovun “milli şura”nın sədri olaraq qaldığını da xatırladıb: “O, “milli şura”nın sədri olaraq qalır və bu qurumun sədri kimi səlahiyyətləri var. Güman edirəm ki, bundan sonrakı proseslərdə də daim “milli şura” öz sədrinin mövqeyi ilə hesablaşacaq”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info