Bərdədə yeni pasportlar təqdim edilib
Tarix: 05.09.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Bərdə şəhərində Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin regional mərkəzi üçün tikilmiş yeni inzibati bina istifadəyə verilib.
Mərkəz Bərdə, Tərtər, Ağdam, Yevlax, Ağcabədi, Füzuli və Beyləqan rayonlarının 866 mindən çox sakininə xidmət göstərəcək. Regional mərkəzin ikimərtəbəli binasında ümumvətəndaş pasportlarının verilməsi, müxtəlif xidmətlər göstərilməsi üçün bütün şərait yaradılıb. Burada fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinələr, əl-barmaq izlərinin alınması üçün müasir avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompyuterlər və digər texniki vasitələr yerləşdirilib. Bərdə regional mərkəzinin yeni inzibati binasının açılış mərasimində iştirak edən Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin rəisi general mayor Ərzuman Əliyev burada yaradılan şəraitlə tanış olub. Mərasimdə sakinlərin bir qrupuna yeni nəsil biometrik ümumvətəndaş pasportları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info