Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib
Tarix: 31.10.2019 | Saat: 10:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətədavamlı olması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"in Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın öz təcrübələrini paylaşması təqdirəlayiqdir. İki ölkə və iki xalq arasında təhsil siyasətinin formalaşması, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir:
"Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniya ilə tərəfdaşlıq çərçivəsində məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin, müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Hər zaman ulu öndərin təhsil siyasətini əsas götürmüşəm”
12.12.2019
Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır
11.12.2019
Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır
11.12.2019
Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb
11.12.2019
‘‘Ahıska türklәrini dәstәklәmәyә davam edәcәyik’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 “Müsəlmanlar elə zəkatlarını versələr, İslam ölkələrində kasıb qalmaz“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info