Göyçayda doqquz ayda sənaye məhsullarının istehsalı 55,4 faiz artıb
Tarix: 31.10.2019 | Saat: 11:21:00 | E-mail | Çapa göndər



Bu ilin doqquz ayında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz artaraq 252,3 manata çatıb. Doqquz ayda sənaye məhsulları istehsalı ötən illə müqayisədə 55,4 faiz artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün faktlar Göyçayda cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıdakı vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, aqrar sahədə də nəticələr uğurludur. Cari ildə 15591 hektar sahədən 47625 ton və ya ötən ildəkindən 12,4 faiz çox taxıl istehsal olunub. Hər hektarın məhsuldarlığı 1,5 sentner artaraq 30,5 sentner olub. Kənd təsərrüfatının digər sahələrində də məhsul istehsalı artıb.
Diqqətə çatdırılıb ki, ilin doqquz ayında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49,9 milyon manat və ya keçən ilin müvafiq dövründəkindən 3,9 dəfə çox investisiya yönəldilib. İnvestisiyaların 79 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Məruzədə, eləcə də çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi su təchizatı ilə əlaqədar görülən işlərdən, təhsil, səhiyyə sahələrində maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdən, habelə qarşıda duran vəzifələrdən danışılıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
TANAP-in açılacağı tarix məlum oldu
18.11.2019
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18.11.2019
Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?
18.11.2019
Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar
17.11.2019
Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info