Cəmil Həsənli razılaşdırılmamış mitinqi təxirə salmağı təklif edib
Tarix: 31.10.2019 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli qurumun 2 noyabrda keçirməyi planlaşdırdığı razılaşdırılmamış aksiyanı təxirə salmağı təklif edib. APA-nın məlumatına görə, C. Həsənli bu barədə özünün "facebook" səhifəsində yazıb. C. Həsənli qeyd edib ki, MŞ Koordinasiya Şurası 2 noyabr mitinqinin “Məhsul” stadionunda keçirilməsinə razılıq verilməyəcəyi təqdirdə, "28 May" metrosu qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilməsinə qərar verib. C. Həsənli Respublika Prokurorluğu və DİN-in birgə bəyanat yayaraq, Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham etdiyini xatırladıb. O, bütün bunları nəzərə alaraq, MŞ Koordinasiya Şurası üzvlərinə 2 noyabr mitinqini təxirə salmağı təklif edib.
MŞ Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev APA-ya deyib ki, C. Həsənlinin təklifi qurumda müzakirə edilərək, qərar veriləcək.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
05.12.2019
Səfir: Qazaxıstan Prezidenti Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir
05.12.2019
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
05.12.2019
İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info