“Yaxın Şərq zorakılıq və dinlərarası ədavətlə üzləşib”
Tarix: 05.09.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


İordaniya Kralı II Abdullanın hamiliyi ilə Əmmanda “Ərəb xristianları qarşısında duran çağırışlar” mövzusunda iki günlük konfrans keçirilib. Konfransda Yaxın Şərqdən və bütün dünyadan görkəmli din xadimləri, ruhanilər, kilsə rəhbərləri və xristian icmalarının başçıları iştirak
ediblər.

Konfrans Yaxın Şərq regionunda yaşayan xristianların üzləşdikləri problem və çağırışları, habelə onların həlli yollarını müzakirə etmək, müqəddəs Qüds şəhərinin və onun tarixinin qorunub saxlanılmasında xristianların rolunu, habelə onların ərəb və islam sivilizasiyasına böyük töhfəsini vurğulamaq məqsədi daşıyıb. Kral II Abdulla konfrans iştirakçıları ilə görüşdə deyib ki, Yaxın Şərq zorakılıq və dinlərarası ədavətlə üzləşib. Belə hallar müsəlmanların və xristianların üzləşdikləri ümumi problemlər və çətinliklərdir. Kral həm müsəlmanlara, həm də xristianlara müraciət edərək, bu çətinlikləri dəf etmək üçün onları uzlaşdırılmış şəkildə fəaliyyət göstərməyə və hərtərəfli əməkdaşlıq etməyə çağırıb. Kralın şəxsi elçisi və dini-mədəni məsələlər üzrə baş müşaviri şahzadə Qazi bin Məhəmməd sessiyanın açılışında çıxış edərək bildirib ki, xristianlara, yaxud başqa etnik və dini azlıqlara qarşı hər hansı təqiblər yolverilməzdir. Konfrans iştirakçıları dinc yanaşı yaşamaq və ya qarşılıqlı ehtiram dəyərlərinin, habelə gələcək naminə dialoqu inkişaf etdirməyin zəruri olduğunu bildiriblər. Zorakılığa və ekstremizmə qarşı mübarizə mexanizmlərinin işlənib hazırlanması üçün səyləri birləşdirməyin və ciddi iş aparmağın zəruri olması barədə fikirlər söylənilib. Maarifləndirmə işlərinin əhəmiyyəti xüsusi vurğulanıb, çünki bu işlər çərçivəsində islam, xristian və yəhudi dinlərinin müsbət cəhətlərini obyektiv göstərmək olar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info