Rusiya Gümrüdəki hərbi bazasını gücləndirir: ermənilər nəyə ümid edirlər?
Tarix: 31.10.2019 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Kreml Ermənistanda yerləşdirilən Rusiya hərbi bazasının döyüş potensialını ikiqat artırmaq məqsədilə bazanı modern silah və hərbi texnikalarla təchiz etmək niyyətindədir”. Bunu bir neçə gün əvvəl Gümrüdəki 102-ci Rusiya hərbi bazasında olan Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bəyan edib. “İnterfaks”ın verdiyi məlumata görə, Şoyqu atılan bu addımı “bölgədəki dəyişikliklərə vaxtında cavab vermək imkanı” ilə əlaqələndirib. Maraqlıdır ki, Sergey Şoyqunun səsləndirdiyi “bölgədəki dəyişikliklər” fikri müzakirələrə səbəb olub. Məsələn, bəzi siyasətçilər bunu Rusiyanın Gürcüstanı “hədəf götürməsi” ilə əlaqələndirir. Bəzi ehtimallara görə, öz qüvvələrini Suriyadan çıxarmaq üzrə olan ABŞ guya bu qüvvələri Gürcüstana, Axalkalakiyə köçürmək istəyir. Lakin ekspertlərin əksəriyyəti bu ehtimalı real hesab etmir. Şovinist fikirləri ilə tanınan erməni siyasi analitiki Levon Şirinyan isə «Lragir» saytına açıqlamasında bildirib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında gücünü artırması Moskvanın Ankaraya olan “inamsızlığı” ilə bağlıdır. O, Rusiyanın Türkiyə ilə Suriyadakı əməkdaşlığını önə çəkərək, böyük ümidlə, bunun intensivləşməsini istəyir. Şirinyana görə bu halda, “Rusiya ilə Ermənistan arasındakı münasibətlərin səviyyəsi bir o qədər də yüksək olar”. Sayt daha sonra Şirinyanın dilindən yazır: “Bundan əlavə, Şoyqunun belə bir fikri Ermənistanın Rusiyanın ən vacib müttəfiqi olmasına dəlalət edir. 2016-cı ilin Aprel döyüşlərindən sonra ermənilərin ictimai şüurunda köklü dəyişikliklər baş verdi. Belə ki, Rusiya Azərbaycanla əməkdaşlığına görə də tənqid edildi. Buna inqilabdan sonra Ermənistanın yeni hakimiyyətinin siyasəti də əlavə oldu. Bu, bir daha rusların türklərə inamsızlığının göstəricisidir”. Təbii ki, bu, şovinist bir erməni millətçisinin subyektiv fikirləridir. Dilənçi ölkə nümayəndəsinin hətta bəzi hədləri aşaraq, Ermənistanın hazırkı mövqeyinin Rusiyanı daha dürüst olmağa məcbur etdiyini söyləməsi əslində bu xalq «ziyalısı»na qarşı adamda ikrah hissi yaradır. Yeri gəlmişkən vaxtilə ermənilərin bu ərazilərə köçürülməsində böyük xidmətləri olmuş rus canişini A. Qreboyedov həmkarı S. Mazareviçə yazdığı raportda yazırdı: «…ermənilərin həmişə qulağıma pıçıldayaraq rusların onların havadarları olmasını demələrinə baxmayaraq, məqam düşən kimi, bizlərə qarşı murdar əməllərindən əl çəkmirlər». Məhz bu mənada Şirinyanın da erməni xalqının nümayəndəsi olduğunu unutmaq lazım deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info