Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”
Tarix: 01.11.2019 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-ə çatdıra bilmədi”.
Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib. O, hesab edir ki, Mnatsakanyanın sözlərini “diplomatik cavablar” adlandırmaq mümkün deyil: “Əslində, Mnatsakanyan suallardan yayınırdı”.
Politoloq deyib: “Baxın, bizim xarici siyasətimizə cavabdeh olan şəxs təzyiqlərə dözə, zərbələrə tab gətirə bilmir. Jurnalistin tonunu azca sərtləşdirməsi ilə Mnatsakanyan özünü itirdi. Bir jurnalistlərin qarşısında tab gətirməyən şəxs Azərbaycanın xarici işlər nazirinin və ya fövqəldövlətlərin nümayəndələrinin qarşısında necə dayanacaq?”.
“Zöhrab Mnatsakanyan jurnalistə deyir ki, münaqişənin həlli Azərbaycan Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır. Necə düşünürsünüz, bu zaman Mnatsakanyan hansı həll yolunu nəzərdə tutur?” sualına Hrant Melik-Şahnazaryan belə cavab verib: “Bu, demaqoqiyadan başqa bir şey deyil. Hər kəs gözəl anlayır ki, münaqişənin bütün tərəfləri razı salacaq həlli yoxdur. Üstəlik, Qarabağ məsələsində bizim mövqeyimizi, siyasətimizi əks etdirən heç bir plan hazırlanmayıb. Yüksək vəzifəli məmurlarımız tez-tez ziddiyyətli bəyanatlarla çıxış etməsi məhz buradan qaynaqlanır”.
Bu arada, Bakının sərt bəyanatları fonunda o da aydınlaşıb ki, 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi ötən ilkindən 20,9% çox olacaq. Bəzi hesablamalara görə, gələn il qonşu ölkənin hərbi xərcləri 2,27 milyard dollara çatacaq. Bunun qarşılığında bizim müdafiə xərclərimiz demək olar ki, dəyişilməz qalır. Politoloqdan bunun hansı təhlükələri yaratdığını da soruşduq.
“Azərbaycanın hərbi büdcəsi həmişə bizimkindən böyük olub. Hətta bir vaxtlar Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər idi. Onlar hərbi xərclərini durmadan artırır, bununla da Qarabağ danışıqlarında bundan təzyiq vasitəsi kimi istifadə edir. Doğrudur, münaqişənın mahiyyətini və məzmununu nəzərə alaraq deyə bilərik ki, bütün məsələləri tək pulla həll etmək olmaz. Amma bu, o demək deyil ki, məsələ bu günədək pulla həll olunmayıbsa, gələcəkdə də oluna bilməz”, – deyə Şahnazaryan qeyd edib: “Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi regiondakı təhlükələrin miqyasını anlamır. Burada söhbət təkcə Azərbaycanın hərbi potensialından getmir. Məsələ ondadır ki, artıq Türkiyə həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə razılıq halında öz maraqlarını irəli apara bilir. O, bunu ABŞ-ın milli maraqlarına zidd alındığı halda belə, edir. Hər halda, Suriyada bunu aydın şəkildə gördük. Bu, çox ciddi məsələdir”.
Politoloq bu gün Ermənistanın təhlükəsizliyi məsələsinin çox dəyişdiyini düşünür: “Əgər biz bu dəyişikliklərə reaksiya vermir, fiziki təhlükəsizliyimizin təmininə əlavə vəsait ayırmır, ümumiyyətlə, bu haqd düşünmürüksə (hər halda, Ermənistan hakimiyyətinin bu haqda düşünmədiyini görürük), demək, faciəvi günlərimiz uzaqda deyil”.
“Rusiya ilə Türkiyənin Suriya məsələsindəki əməkdaşlığı, bunun fonunda Türkiyə rəhbərlərinin Azərbaycanpərəst bəyanatları Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsir edə bilərmi?” sualını politoloq belə cavablandırıb: “Əminəm ki, Türkiyə nəzərini gec-tez Cənubi Qafqaza yönəldəcək. Hazırda o, Suriya ərazisində zəruri təhlükəsizlik zonası yaratmaqla məşğuldur. Bu məqsədə nail olunduqdan sonra Türkiyə və Suriya ərazisində yaşayan kürdlər arasında əlaqə kəsiləcək. Bu problemin həllindən sonra isə Ankara nəzərini təbii ki, bizim regiona yönəldəcək”.
Hrant Melik-Şahnazaryan hesab edir ki, Türkiyənin regionda nüfuzunu artırmasına Rusiyanın daim müqavimət göstərəcəyini gözləmək yanlış olardı.
(Erməni dilindən tərcümə – WorldMedia.Az)




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info