Nümayəndələr Palatası Trampın impiçmentini səsə qoyur
Tarix: 01.11.2019 | Saat: 01:17:00 | E-mail | Çapa göndər



ABŞ-ın Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesini səsə qoyur. Palatanın demokrat spikeri Nensi Pelosi səsverməni cümə axşamı gününə təyin etdiyini bildirib. Nümayəndələrə ünvanladığı məktubunda spiker proseslə bağlı "bütün şübhələri" aradan qaldırmağa çalışdığını yazıb.

Pelosi deyib ki, impiçment prosesinə dair qətnamə "hazırkı və davam edən araşdırmaları təsdiq edəcək... Amerika xalqına açıq olan dinləmə prosedurlarını təmin edəcək, sübutları məhkəməyə təqdim etməklə yanaşı, prezident və onun vəkilinin məhkəmə hüquqlarını müəyyənləşdirəcək."
Tramp və onun Respublikaçı tərəfdarları impiçmenti Nümayəndələr Palatasının səsvermə keçirmədiyinə görə qeyri-legitim adlandırır. Pelosi isə bu arqumenti "mənasız" hesab edir.
Qanunlar palatanın prosesin təsdiqi üçün səsvermə keçirməsini tələb etmir və əksəriyyət təşkil edən Demokratlar bu proses üçün qaydalar tətbiq edə bilər.
Tramp administrasyasının keçmiş rəsmiləri həftə boyu Konqresdə bağlı qapılar arxasında ifadə verib. Demokratlar isə Trampın xarici ölkədən 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməsini istədiyini sübut edəcək məlumatlar toplamağa çalışır.
Keçən həftə impiçment araşdırması aparan Nümayəndələr Palatasının Demokratları bir neçə nəfərin ifadələrini dinləyib.
Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib.
Tramp administrasiyası isə hələ ki, sənədləri təqdim etməkdən boyun qaçırır.
Tramp bildirir ki, Nümayəndələr Palatasının Demokratları araşdırmanın rəsmiləşdirilməsi üzərində səsvermə keçirməyənədək əməkdaşlıq etməyəcək.(Milli.Az)





 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Co Bayden vә Antonio Quterreş arasında telefon danışığı olub
01.12.2020
Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik - Angela Merkel
01.12.2020
Rusiya-Türkiyə sazişi imzalandı: Monitorinq Mərkəzi qurulur
30.11.2020
İrana daha bir şok: Korpus komandiri öldürüldü
30.11.2020
Dünyada koronavirusla bağlı son vәziyyәt

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info