Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Tarix: 01.11.2019 | Saat: 11:26:00 | E-mail | Çapa göndər


İzmir restoranında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında 9 medal qazanan Azərbaycan komandası ilə görüş keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev çıxışında idmançıları təbrik edərək, Azərbaycan idmanın inkişafından və kikboksinq idman növünün ölkədə populyarlaşmasından söz açıb.
“Dünya çempionatına 21 idmançımız iştirak edirdi. 60 ölkə arasında 10-cu yerə çıxdıq. Nəticəmiz ürəkaçandır və qürur vericidir. Azərbaycan kikboksçuları dünya kikboksinq arenasında öz sözlərini deyirlər.
Bu günlərdə Dünya Kikboksinq Assosiasiyasının (WAKO) Prezidenti Roy Beyker dəvətimizə əsasən Bakıda oldu. O, ilk dəfə 2010-cu ildə, paytaxtımızda keçirilən Avropa çempionatı zamanı olmuşdu. Səfər çərçivəsində idman qurğularına baxdı, gənclər və idman naziri Azad Rəhimovla görüşü oldu. Roy Beyker artan inkişafla yaxından maraqlandı. O, bizdən razı getdi. Geniş oxucu kütləsi olan WAKO-nun saytında ölkəmizi tərifləyib”.
Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvləri Ramal Aslanov, Eduard Məmmədov qızıl, Məhəmməd İmanov, Telman Məhərrəmov gümüş, Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov, Fuad Haşimi bürünc medal qazanıblar.
Bir daha gözəl təşkilatçılığa görə, İzmir restoranın sahibi Rəşid Huseynov qardaşa təşəkkür edirəm.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
“Liverpul“ və “Portu“ növbəti mərhələdə, “Real“ uduzdu
02.12.2020
Çempionlar Liqasında “Şaxtyor“ iki dəfə “Real“a qalib gəldi
01.12.2020
“Barselona“nın prezidentliyinə namizədliyini açıqladı
30.11.2020
“Barselona“dan darmadağın
29.11.2020
“Barselona” bu müdafiəçini istəyir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info