I kurs tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Tarix: 01.11.2019 | Saat: 11:29:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetində I kurs tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açıb. Azərbaycanın bir çox genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlərin keçirilməsinə gənclərin də cəlb olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə könüllülüyün bir hərəkata çevrildiyini, gənclər üçün daha çox imkanların açıldığını deyən prorektor, tələbələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulmağa çağırıb.
Daha sonra “Bir” Tələbə-Könüllü Proqramının layihə rəhbəri Canoğlan İlyasov proqramın ölkənin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsil müəssisəsini əhatə etdiyini bildirib. 20 mindən çox vahid tələbə-könüllü bazasına malik olan proqramın gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək üçün geniş şərait yaratdığını deyib. O, proqramın könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq məqsədilə yaradıldığını qeyd edib. Könüllü olmağın üstünlüklərindən bəhs edən layihə rəhbəri tələbələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulmağa dəvət edib.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb
21.11.2019
39 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21.11.2019
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi inşa olunacaq
21.11.2019
On ayda tütün, qida və içki istehsalı artıb
21.11.2019
Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info