İlahiyyat İnstitutunun xarici dillərdə kataloqu çapdan çıxıb
Tarix: 01.11.2019 | Saat: 11:32:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən Kataloq nəşr olunub. Rus, ingilis və ərəb dillərində dərc edilən 84 səhifəlik Kataloqda İnstitut haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb.
Kataloq “Ön söz”; “Nə üçün Aİİ?”; “Tariximiz”; “Missiyamız”; “Məqsədimiz”; “Əsas dəyərlərimiz”; “Akademik təqvim”; “Akademik siyasət”; “İxtisas proqramları”; “İlahiyyat fakültəsi”; “Kafedra və şöbələr”; “Beynəlxalq əlaqələr və əməkdaşlıq”; “Tələbələrə dəstək sistemi”; “Tələbə həyatı” və digər bölmələrdən ibarətdir.
Aİİ rektoru i.f.d. Ceyhun Məmmədovun kataloqa yazdığı “Ön söz”də dini bilikləri dəqiq çatdıra biləcək, dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik, yeni nəsli düzgün yönləndirəcək peşəkar mütəxəssislərə böyük ehtiyac olduğu bildirilir.
C.Məmmədov daha sonra qeyd edir ki, ilahiyyat təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol, ona açılan bir qapı deyil. O, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsinin ölkəmizdə və dünyada din araşdırmaları sahəsində fəaliyyət göstərən alim və tədqiqatçılarını məqalələrini elmi ictimaiyyətə çatdırmaq məqsədi ilə “Din araşdırmaları” jurnalı mövcuddur. İnstitutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları əks etdirən “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar” toplusu; İnstitutun yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində broşür və bukletlər də çap olunub.
Həmçinin İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə vermək məqsədi ilə “İlahiyyatçı” qəzeti və “İlahiyyat” jurnalı da nəşr olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info