Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var
Tarix: 01.11.2019 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir: "Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir. Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür və bu gündə davam etdirilir".
R.Rzayev əlavə edib ki, bu günə qədər məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb: "Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və bu vəsait hesabına qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi var".
Komitə sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı imzaladığı qətnamələrin icra vəziyyətini müzakirə etmək üçün BMT-nin Bakıdakı ofisləri ilə birgə dinləmələrin keçirilməsi yaxşı olar:
"Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyəti nə yerdədir və yaxud icra mexanizmini hansı istiqamətdə həyata keçirə bilərik? Yəni biz qətnamələrin icra mexanizminin yollarını axtaraq və o barədə fikir mübadiləsi apara bilərik. Həm bu gün, həm də gələcəkdə birgə fəaliyyət göstərərək Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini müvəqqəti yaxşılaşdırmaqdan ötrü işlər görə bilərik".




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info