“Dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir”
Tarix: 01.11.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


"Dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır”.Bu fikri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir: “Bu kimi hallara tez-tez rast gəlinir ki, insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı olmayan istilik cihazlarından alır, evdə quraşdırırlar. Bu, potensial təhlükə riskidir, amma insanlar bunu nəzərə almır. Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Başa düşülən olsun deyə belə deyim; yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidir ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır. Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz hal alır.
Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir. Yataq otağı, bir də əsasən hamam otaqlarında. Hamam otağında dəm qazından zəhərlənmə halları demək olar 95 faizdən çoxdur. Ən çox hamam otağında dəm qazı ilə zəhərlənmə baş verməsinə səbəb hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan soba qoyulur. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəffüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi yarana bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu, içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxarmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay vermək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları da var. Birincisi, evin havasını gün ərzində səhər, günorta və axşam dəyişmək lazımdır. Qaz cıhazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Bundan sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. Buna bayırdan evə gələndə də mütləq əməl etmək lazımdır. Bizdə adətdir, çöldən evə daxil olan kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayanda qaz sızması yaranıb və siz işığı yandırdığınız zaman partlayış ola bilər. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyəti üzrə müvafiq quruma məlumat vermək lazımdır".




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Tibb fakültəsi 20 illik yubileyini bayram edir
15.11.2019
Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır
15.11.2019
“Azəriqaz”: “Smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək
15.11.2019
“Uşaqlara qarşı Zorakılıqsız Həyat”
15.11.2019
Masallıda “Dini radikalizm, narkomaniya və erkən nigahlarla mübarizə yolları”mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info