Zaqatala-Bakı avtobusuna biletləri poçtdan almaq mümkün olacaq
Tarix: 01.11.2019 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və “Azərpoçt” MMC tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim olunub. DANX-dan “Palitranews.az”a bildirilib ki, artıq rayon sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, həmçinin yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edəcək. Göstərilən xidmət “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur. Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq başlanılıb. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Ağdamı Qafqazın Dubayına çevirmək olar
24.11.2020
Azərbaycanda 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib
24.11.2020
Bura nə Naqasaki, nə də Çernobıldır- bura Qarabağdır - VİDEO
24.11.2020
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
24.11.2020
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info