“Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiya Azərbaycanda geniş vüsət alıb
Tarix: 01.11.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“İrəli” ictimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyaya start verib. Birliyin sədri MirHəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də “İrəli” komandası olaraq “Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik və aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir.
6 gündür ki, başlayan aksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdman İdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, “İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub.
Birlik aksiyaya qoşularaq dəstək olmaq istəyən dostları “Siz də öz eyvanınıza dövlət bayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağın şəkillərini öz şəxsi profillərinizdə #bayraqmenliyimdir həştəqi ilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”-deyə, səsləyib. Qeyd edək ki, “İrəli” İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərə həsr olunan tədbirlər həyata keçirir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info