Məxfi kodları sındıranlar...
Tarix: 01.11.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Onları internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də təqdim edirlər. Söhbət xakerlərdən gedir. Sizə təqdim edəcəyimiz şəxs də xakerdir. Onunla həmsöhbət olduq:
İlk olaraq, özünüz haqqınızda məlumatdan başlayaq:
Vüsal Abbasov – 1993-cü il 27 may tarixində Xızı rayonunda doğulmuşam. 2000-ci ildə orta məktəbə daxil oldum. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Yaxın və Orta şərq və İsrail üzrə Şərqşünaslıq” fakültəsinə daxil oldum. Amma marağım, hər nə qədər ixtisasım humanitar olsa da, kompüter və informasiya texnologiyaları sahəsinə idi. İnformasiya texnologiyalarını öyrənməyə 2010-cu ildən başlamışam. 2016-cı ildə özüm qərara gəldim ki, ölkədə informasiya texnologiyalarının müasir standartlara uyğun olduğunu nəzərə alaraq, insanları maarifləndirim. Əvvəlcə, 2016-cı ildə bloq yazmağa başladım. Sonra, bunları birləşdirib kitab halına gətirmək istədim. 2018-ci ildə kitabı yazmağa başladım. Həmin ilin dekabrında kitab artıq hazır idi. 2019-cu ilin iyul ayında Daxili İşlər Nazirliyinə kitabı göndərdim. İki-üç gün keçəndən sonra, Polis Akademiyasından zəng vurdular ki, cənab general-mayor sizinlə görüşmək istəyir. Kitabı Akademiyaya təqdim etdim. Bir müddət sonra cənab general-mayorun qəbulunda oldum. Qəbulda olarkən, yeni açılmış İnformasiya Təhlükəsizliyi Tədbirləri fakültəsinin tədris planının qurulması haqqında müzakirələrimiz oldu. Daha sonra, məlumatı sistemləşdirib tədris planına uyğun olaraq, əlavələr etdik. Hazırda da İnformasiya Təhlükəsizliyi Tədbirləri fakültəsində kompüter lobaratoriyası ilə bağlı planlar artıq hazırdır. Burada kursantlar öz praktikalarını keçirlər.

- Gələcək planlarınızda kitabla bağlı nə yenilikləriniz var?

- Kitab praktika üçün əlverişlidir. Amma yenə də, informasiya təhlükəsizliyi ilə bağlı yeni kitab yazmağı düşünürəm. Bəs kitabı müxtəlif dillərə tərcümə etmək və ya beynəlxalq miqyasda tanıtmaq kimi fikirləriniz var?
Əlbəttə, var. Xakerlik beynəlxaqdır. Bir çox ölkədə bu barədə kitablar artıq var. Rusiyada, Amerikada, Türkiyədə hazırda var. Gələcək planlarımda kitabla bağlı əlavələrim sözsüz ki, olacaq. Zaman keçdikcə, məsələn, 10 ildən sonra indiki metodlar işləməyə bilər. Yeni dərsliklər çıxarılmalıdır. Kompüter sahəsi daim inkişafdadır. İnformasiya texnologiyası daim yenilənir deyə, ona dair tədris vəsaiti də yenilənməlidir.

- Hazırda bu sahə üzrə orta və ali təhsil müəssələrində tədris etmək fikriniz var?

- Tədris müəssələrində adətən nəzəriyyə keçirilir. Qarşıma bəzi tədris kitabları çıxıb ki, yüksək səviyyədə öyrədilmədiyini göstərir. Amma nəzəriyyə praktiki olaraq yüksək səviyyədə öyrədilsə belə, yenə də əksikliklər var. Polis Akademiyasında yüksək səviyyədə xaker yetişdirilirsə, universitetlərdə yetişdirilmirsə, deməli universitelərdə tədris olunan vəsaitlərdə boşluq var. Düzdür, Polis Akademiyasında dövlət səviyyəsində təhlükəsizlik nəzərə alaraq tədris edilir. Amma yenə də universitetlərdə informatika sahəsi bir az aşağıdır və tam olaraq öyrədilmir.

- Hazırda kitab satış yerlərində varmı?

- Kitab ilk vaxtlar çapdan çıxanda satılıb. Hazırda “kitab satışı” olan yerlərlə əlaqə saxlamağa çalışsam da, hələ ki, bir reaksiya almamışam. Reaksiya alsaydım, istəyərdim satışda olsun və insanlar yararlansın. Kitab az sayda insana satılıb.

- Kitabınızın çap olunmasına dövlət və ya digər şəxslərdən maliyyə dəstəyi gəlibmi?

- Kitabın çap olunmasına, Daxili İşlər Nazirliyi özü tədris kitabı olmasını nəzərə alaraq, dəstək göstərib. Bununla da kifayətlənmək olmaz. Zamanla kitabın yenilənməsinə tələbat olacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info