Cəmil Həsənlinin ABŞ-da Qərbi Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırması insanlıqdan kənardır
Tarix: 01.11.2019 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənlinin gedib ABŞ-da Azərbaycana qarşı sanksiya tətbiq edilməsini təklif etməsi artıq insanlıq hislərinin olmaması məsələsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Azərbaycan haqqında yalan danışmaq, öz ölkəsinə böhtan atmaq, Azərbaycanı qara rənglərlə təsvir etmək vətənpərvərlik hissinin olmamasından irəli gəlir: “Azərbaycana qarşı sanksiyalar tətbiq edilsə, onun əziyyətini Azərbaycan vətəndaşları çəkəcək. Ola bilsin, Cəmil Həsənliyə söz versinlər ki, belə halda sənin və tərəfdarlarının heç bir problemi olmayacaq. Ümumiyyətlə, hakimiyyətə gəlmək üçün öz xalqını çətin vəziyyətə salmağa belə kimlərisə dəvət etmək artıq insanlıqdan kənar bir məsələdir.
İstənilən halda, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, hər bir insan çalışmalıdır ki, ölkəsi daha da inkişaf etsin, insanlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar. Bizim müxalifətdə isə əksinədir. Onlar dövlətə şər atırlar, ölkəyə qarşı sanksiya tələb edirlər. Mənə elə gəlir ki, bunlar məsuliyyət hislərini tam itiriblər”.
A.Mirzəzadə əlavə edib ki, radikal müxalifətin istəyi ilə erməni dairələrin istəyi üst-üstə düşür: “Biz həmişə haqlı olaraq demişik ki, onlar xaricdə anti-Azərbaycan mərkəzlərinin tapşırıqlarını icra edirlər, Azərbaycanda 5-ci kalon funksiyasını yerinə yetirirlər, Azərbaycana qarşı düşmənçilik edirlər. Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı sanksiya tətbiq edilməsini təklif etməklə bütün bunları bir daha sübut etdi”.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
“Müxalifətçi” qrupların nə dərəcədə iflasa uğraması kifayət qədər sübuta yetirilib
07.12.2019
Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir
07.12.2019
Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara qətiyyətlə qarşı çıxırıq
07.12.2019
Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək
06.12.2019
Paşinyanın xarici siyasəti fəlakətə aparır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info