Türkiyə və Rusiya hərbçilərinin quruda birgə patrul xidməti başlayıb
Tarix: 01.11.2019 | Saat: 19:55:00 | E-mail | Çapa göndər



Rusiya Federasiyası ilə oktyabrın 22-də Soçidə qəbul edilən razılaşma çərçivəsində Suriyada “Təhlükəsizlik bölgəsi” tətbiqi çərçivəsində Türkiyə və Rusiya hərbçiləri tərəfindən Fəratın şərqində quruda ilk patrul xidməti göstərməyə başlayıb.(YENİLƏNİB)


Rusiya Federasiyası ilə oktyabrın 22-də Soçidə qəbul edilən razılaşma çərçivəsində Suriyada “Təhlükəsizlik bölgəsi” tətbiqi çərçivəsində Türkiyə və Rusiya hərbçiləri tərəfindən Fəratın şərqində quruda ilk patrul xidməti göstərməyə başlayıb.
Mardin vilayətinin Kızıltəpə qəsəbəsinin 20 kilometr qərbindəki Sevimli kəndi bölgəsindən Türkiyə bayraqlı zirəhli texnikalardan təşkil tapan Türkiyə Silahlı Qüvvələri (TSQ) konvoyu quruda birgə patrul xidmətində iştirak etmək üçün sərhədi keçərək Rusiyanın hərbi konvoyuna birləşdi.
Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Türkiyə-Rusiya patrul xidmətinin "Sülh çeşməsi" hərəkatı bölgəsinin şərqində, pilotsuz uçuş aparatının müşayiətində 8 zirəhli texnikanın iştirakı ilə göstərilir. Telabyadda YPG/PKK-lı terrorçulara məxsus əl istehsalı olan partlayıcı emalxanası yararsız hala düşmüş, 1 ton ammonium nitrat ələ keçirilib. "Sülh çeşməsi" hərəkatında indiyədək 400-dən çox mina və əl istehsalı partlayıcı maddə ilə bombo yerləşdirilmiş bir maşın zərərsizləşdirildi.
Hərbi qaynaqlar TSQ tərəfindən Rasulayn və Telabyadda bütün tədbirlərin görüldüyünü görən suriyalıların sürətli şəkildə o bölgələrə qayıtdığını bildiriblər. Həmçinin Türkiyə-Rusiya birgə patrul xidmətinin Rasulaynın 40 km şərqilə Qamışlının 30 km qərbi arasında davam etdiyi qeyd olunub.
Soçi razılaşmasına görə, Suriyanın şimalındakı terror təşkilatı PKK/YPG üsvü terrorçular Ayn əl Ərəb ilə Qamışlı mərkəzini çıxmaqla 30 km gəriyə çəkiləcək.
Münbiç və Tel Rıfatdakı terrorçular da bölgəni tərk edəcək.
10 km-lik sahədə Trükiyə və Rusiya hərbi birləşmələri nəzarət aparacaq.
Razılaşmada müəyyən edilən müddət oktyabrın 29-da başa çatdı.
Rusiya terrorçuların müəyyən edilən bölgələrdən çıxdığını açıqladı.
Terorrçuların çəkilib çəkilmədiyi birgə patrul xidmətilə yoxlanılır.
Patrul xidmətinin göstərildiyi sahədən kənardaki 20 km dərinlik isə, Türkiyə kəşfiyyatının nəzarətində olacaq.
Rusiya və Türkiyə arasında birgə bir mexanizm qurulacaq və nəzarət prosesi buradan izləniləcək.
Yoxlamalardan sonra Türkiyə Təhlükəsizlik bölgəsində nəzarət məntəqələri quracaq.
Bu arada Soçi razılaşması çərçivəsində ikinci rus hərbi heyəti bugün Ankaraya gələcək.
Bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazıb.
Açıqlamada bildirilib ki, Rusiya Federasiyası ilə Soçidə qəbul edilən razılaşma çərçivəsində taktika və texnika mövzularını müzakirə etmək üçün ikinci rus hərbi heyətinin bu gün Ankaraya gəlməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Co Bayden vә Antonio Quterreş arasında telefon danışığı olub
01.12.2020
Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik - Angela Merkel
01.12.2020
Rusiya-Türkiyə sazişi imzalandı: Monitorinq Mərkəzi qurulur
30.11.2020
İrana daha bir şok: Korpus komandiri öldürüldü
30.11.2020
Dünyada koronavirusla bağlı son vәziyyәt

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info