“Samsung” şirkəti “Galaxy Note 3” modelini nümayiş etdirib
Tarix: 06.09.2013 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının “Samsung” şirkəti Berlində keçirilən “IFA” sərgisində “Galaxy Note 3” smartfon modelini təqdim edib.
Qurğunun ekran diaqonalı birinci və ikinci “Note” modellərinin ekranından daha böyük olmaqla 5,7 düym təşkil edir və təsvir ölçüsü 1920x180 pikselə bərabərdir. Eyni zamanda, “Galaxy Note 3” əvvəlki modellərlə müqayisədə həm nazik, həm də yüngüldür (168 qram).
Smartfonun digər fərqləndirici cəhəti qurğunun arxa hissəsinin materialının dəridən hazırlanmasındadır.
Aparat 2,3 giqahers takt tezlikli dördnüvəli prosessor və 3 giqabaytlıq operativ yaddaş ilə təchiz olunub. Smartfon “4K/Ultra HD” təsvir ölçüsündə video çəkmək imkanına malikdir. Təsvir ölçüsünü “Full HD”-dək endirməklə çəkilişi saniyədə 60 kadr sürətində aparmaq mümkündür.
Digər “Note” modelləri kimi qurğu stilusla (elektron qələm) təchiz edilib. Sentyabrın 25-dən 149 ölkədə satışına başlanılacaq smartfonu 32 və 64 giqabayt yaddaşla 2 variantda əldə etmək mümkün olacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info