Gizli infarkt necə olur – Niyə onu hiss etmirik?
Tarix: 02.11.2019 | Saat: 11:13:00 | E-mail | Çapa göndər


Harvard universitetinin alimləri bildirir ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir. Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Daha çox orta yaşlı kişilərdə rast gəlinir.

Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.
Məsələn, gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bİr çoxları isə artıq qocalığın əlamətidir düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar.
Adətən insan ürək tutmasını soldan gözləyir, amma bəzən infarkt ürəyin döş qəfəsinin sağa doğru hissəsində baş verərsə ağrı sağa və ya bütünlükdə döş qəfəsi mərkəzinə yayıla bilər.
Hansı əlamətlər gizli infarktdan şübhələndirməlidir:
-Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq – bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır
-Ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq – boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s
-Dərindən tənəffüsdə sanki sinədə sıxılma
-Dayandırğı yerdə qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara sıra ürəkbulanma
Bəzən isə xəstə heç bunları da hiss etmir. Ona görə kişilər hər il ürəklərini kardioqramma və EXQ etdirməlidir.
Alimlər 2000 kişi və qadını 45-84 yaş arası müayinələrini analiz edib, onlarda əvvəl ürək-damar problemi yox idi. 10 il sonra təkrar olaraq bu pasiyentlərə ürəyin MRT-si olunub. Onların 8%-də ürəyində infarkt izi olan çapıq aşkarlanıb. Halbuki bu şəxslər infarkt olduqlarını heç bilməyiblər.
Kişilər qadınlardan 5 dəfə çox gizli infarkt keçirir.
Gizli infarkt riskini nə yaradır:
Siqaret, artıq çəki, fiziki hərəkətsizlik, yüksək təzyiq, şəkərli diabet, stress, xolesterin, lipid mübadiləsi pozulması, irsi amillər
Gizli infarktdan sonra ürəkdə çapıq yaranır, ürək əvvəlkindən daha pis çalışır. Xəstə müayinə, müalicə olunmadıqda, təkrar və daha ağır tutma olur.
Alimlər mədə hissəsində yanma, göynəmə, “izjoqa”, təngnəfəslik, xroniki yorğunluğu olan hər kəsi ürəyin USM-ini etdirməyə çağırır. Eləcə də infarkt olub olmamasını Troponin T qan analizi ilə təyin etmək olur. /medicina.az/




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Baş ağrısını azaltmaq üçün inamılmaz üsul
21.11.2019
“Həkimlərimizi tanıyın!”
21.11.2019
Nəyə görə yaşlandıqca qarın piylənir?
20.11.2019
“Həkimlərimizi tanıyın!”
19.11.2019
20 gün müntəzəm balqabaq yedi- Eksperimentin nəticəsi şoka saldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info