“Müxalif “lider”lər aldatdıqları gəncləri yarı yolda qoydu”
Tarix: 06.09.2013 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Seymur Orucov: “Bir-birini qıran müxalif başçıların ardınca getməyə dəyərdimi?”

Radikal müxalifət partiyalarının Azərbaycanın milli maraqlarına zidd addımlar atmaları, ölkə və xalq üçün xeyirli müsbət perspektivlər vəd edən hər nə varsa, ona qarşı çıxmaqları artıq adi hal alıb. Bu il Azərbaycanda prezident seçkisi olduğu üçün seçkilərlə bağlı da bu qüvvələr yenidən aktivləşərək gündəmə gəlməyi bacarıblar. Amma onlar daha çox seçki hazırlıqları, xalqla işləmək və s. yönündə deyil, məhz qalmaqallar, xəyanət, ittiham və intriqalarla gündəmdə qalırlar. Bu isə artıq cəmiyyətdə iy vermiş leş kimi ürək bulantısı yaradır. Təsadüfi deyil ki, son bir neçə ayda müxalifətin bir qisminin “birləşdiyi” “milli şura” adlı qondarma qurumda azı 20-yə yaxın ciddi qalmaqal və xoşagəlməz qarşıdurma yaşanıb. Bu, ona söz atıb ittiham edir, o, buna arxa çevirərək qütbləşmə yaradır və s. Ən maraqlısı isə odur ki, 20 ildir beyinləri yalnız bir istiqamətdə işləyən, ancaq müxalif düşüncə tərzini seçən bu qoca “qurd”ları başa düşmək olsa da, onların ətrafına toplaşan az da olsa gənclərin hansı ağılla bu yolu seçdiklərini anlamaq olmur. Bu gənclər daha çox sosial şəbəkələrdə aktivlik göstərməyə çalışaraq öz müxalif düşüncələrini təbliğ edib “lider”lərinin az qala müqəddəs olduğunu deyirlər. Son aylar liderlərinin iyrənc oyunlara baş qoşub bir-biriləri ilə davaya qalxması və digər anlaşılmaz addımlar atması isə deyəsən elə müxalif gənclər arasında pessimizmə səbəb olub. Onların daha liderlərinin təbliğinə yönəlmiş şablon yazılarının paylaşımlarının da şahidi olmuruq. Bu səbəbdəndir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov da müxalif gənclərə səslənərək bir zamanlar onun etdiyi xəbərdarlığı bu gənclərin qulaq ardına vurmasının acısını çəkdiyini deyib. Elə müxalif gənclərin əvvəllər aktiv olduqları sosial şəbəkələrdən onlara çağırış edən Seymur Orucov bu düşərgədə təmsil olunan məlumatsız gənclərə proseslərə açıq gözlə baxmağı tövsiyə edib. O, liderlərinə inanıb onların ardınca gərəksiz addımlar atan bu gənclərin daim uğursuzluqla üzləşəcəklərini də dilə gətirib: “Biz müxalif gənclərə deyəndə ki, düz yolda deyilsiniz, sizdən müxalifət “maşa” kimi istifadə edir, bizə inanmaq istəmirdilər. Deyirdik, qanunsuz əməllərə alət olmayın, təhsilinizi artırın, vətən üçün işlər görün. Ölkədə gənclər üçün hər şərait yaradılıb, bundan bəhrələnin, amma inanmaq istəmirdilər. İndi isə gördülər ki, biz deyənlər reallıqdır. Bunlardan yalnızca istifadə etməyə çalışıb yalan vədlərlə röyalarda gəzdiriblər. Bunların güvəndikləri “lider”ləri onları yarı yolda qoydu, bəzi insanların “maşa”sı oldu. Bu gün dediklərini sabah inkar etdilər. Əziz gənclər, dəyərmiydi bunlara?! Antimilli insanlara görə dəyərmiydi? Bu adamlar indi də bir-biriləri ilə qırğındadırlar”.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info