Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medala sahiblənib
Tarix: 02.11.2019 | Saat: 16:58:00 | E-mail | Çapa göndər



Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçılarımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.
Beləliklə, görüş Azərbaycan millisinin 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.
Kişilərdən ibarət komandamızın sonuncu turda Sloveniya yığması ilə qarşılaşması 3:1 hesablı qələbə ilə başa çatıb. Yekun nəticəyə görə kişi şahmatçılarımız 11 xalla hazırda 5-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan şahmatında son aylar böyük uğurlar əldə edilib. Qrossmeysterimiz Teymur Rəcəbov dünya kubokunun sahibi olub. On dörd yaşlılar arasında təmsilçimiz Aydın Süleymanlı dünya çempionu titulunu qazanıb.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Avropa kuboku: “Vüqar Həşimov” klubu 4-cü turu da qələbə ilə başa vurub
13.11.2019
“El-Klasiko“nun vaxtı açıqlandı
13.11.2019
Ronaldinyo “Barcelona“ya qayıdır
13.11.2019
“Ramos çox kobud futbolçudur“
13.11.2019
“Messinin qarşısını almaq üçün 20 mindən çox yola əl atdıq, xeyri olmadı“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info