Azərbaycan Ermənistanı 17 pillə irəlilədir
Tarix: 02.11.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycan ordusu Asiyada 21-cidir

Azərbaycan Asiya qitəsi ölkələrinin ən güclü ordusu reytinqində 21-ci yerdə qərarlaşıb.
Bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. Hesabatda ümumilikdə 45 Asiya ölkəsi yer alıb.
Asiya ən güclü orduları siyahısında ilk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İran, Pakistan, İndoneziya, İsrail yer alır.
Özbəkistan 19, Suriya 20, Azərbaycan isə 21-ci yerdə, Gürcüstan 33, Ermənistan 38-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 2019-ci ildə Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 52-ci, Gürcüstan 85-cü, Ermənistan isə 92-cü yerdə qərarlaşmışdı.
Xatırladaq ki, Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır. Siyahıya daxil edilmiş 137 ölkənin ordusu beş əsas qrup üzrə: ordunun tərkib sayı; quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı; maliyyələşdirmə həcmi; coğrafi yerləşmə; təbii resurslara görə qiymətləndirilir. /Unikal.org/




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
05.12.2019
Səfir: Qazaxıstan Prezidenti Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir
05.12.2019
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
05.12.2019
İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info